10:05 24 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9496
Qulu Məhərrəmli - teletənqidçi, BDU-nun prosefforu

Yeni dünya müharibəsi olmayacaq, amma dəyərlər gözdən düşəcək

sputnik.az
XƏBƏRLƏR
Qısa URL
6710

Qulu Məhərrəmli: İrqçilik, radikallıq bütün dəyərlərə ciddi zərbə vurur.

BAKI, 13 iyul – Sputnik. Bugün nəinki tək Avropada, demək olar ki, dünyanın bir çox bölgəsində irqçilik, ayrı seçkilik və radikalizmə meyllilik sürətlə artmaqda davam edir. Bu da öz növbəsində böyük fəlakətlərə, kütləvi qırğınlara səbəb olur. Multikulturalizmin gələcəyi ciddi sual doğurur. Mövzu ilə bağlı hər il qlobal tədbirlər, humanitar forumlar keçirilsə də istənilən nəticə əldə olunmur. Belə tədbirlərdən biri də keçən ilin sentyabrında Bakıda keçirilmişdi. O zaman prezident İlham Əliyev öz çıxışında bu təhlükəyə geniş yer ayırmışdı.

Prezident, dünya ölkələrinin əksəriyyətinin çoxmillətli olduğunu, ona görə də multikulturalizmdən başqa alternativin olmadığını bəyan etmişdi. O, irqçiliyin, radikallığın sürətlə yayıldığına işarə edərək, bundan ciddi narahatlıq duyduğunu ifadə etmişdi. 

Bu gün xüsusilə müsəlman aləmində xoşagəlməz proseslər davam edir. Müharibələr, məzhəbçi toqquşmalar ölkələri, mədəniyyətlərin məhv edilməsinə gətirib çıxarır. 

Eyni zamanda, Avropa qitəsində miqrantlara qarşı münasibətin pisləşməsi, “multikulturalizm iflasa uğrayıb” kimi bəyanatların verilməsi və ayrı-seçkiliyə meyilli olan siyasi qüvvələrin daha da böyük səs toplaması, bir çoxumuzu ciddi narahat edir. 

Məşhur teletənqidçi, jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli Sputnik-ə bu mövzunu şərh edərkən deyib: “Bu gün irqçilik, radikallıq Avropada, Qərbdə xüsusilə açıq şəkildə özünü göstərir və kobud formada təzahür edir. Təəssüf ki, müsəlman aləmində də məzhəbçilik geniş yayılır. Bütün bunlar çox pis və mənfi əlamətlərdir. Bəşər tarixinin əldə etdiyi dəyərlərə çox ciddi zərbə vurur.”

Qulu Məhərrəmli getdikcə yayılmaqda olan radikallaşmanın, irqçiliyin yeni dünya müharibəsinə səbəb olmayacağını, ancaq dəyərləri gözdən salacağını güman edir.  

“Mən ehtimal etmirəm ki, bu mənfi proseslər hər hansı yeni dünya müharibəsinə səbəb olsun. Ancaq indiyədək əldə olunan dəyərləri gözdən salacağı dəqiqdir. Avropanın və İslam dünyasının bunun qarşısını almaq üçün geniş təsir imkanları var” — deyə Məhərrəmli bildirib. 


Teqlər:
İslam dünyası, Multikulturalizm, İlham Əliyev, Qulu Məhərrəmli, Avropa

Əsas mövzular