21:44 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Məkkə gecə

QMİ Həcc ziyarətinə getmək istəyənlərə tələsməyi tövsiyə edib

imgur.com
XƏBƏRLƏR
Qısa URL
1101

Hacı olmaq istəyənlər iyulun 31-nə kimi sənədlərini QMİ-yə təqdim etməlidirlər.

BAKI, 13 iyul — Sputnik. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandan bu il Həcc ziyarətinə getmək istəyənlərə ziyarət üçün sənəd qəbulunun vaxtı ilə bağlı xəbərdarlıq edib.

Sputnik QMİ-nin məlumatına istinadən xəbər verir ki, sənəd qəbulunun vaxtı iyulun 31-də yekunlaşır və ziyarətə getmək istəyənlər sənədlərini təqdim etməyə tələsməlidirlər. 

Bu il Azərbaycandan Həcc ziyarətinə səfər sentyabrın 11-i başlayacaq. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları “AzAL” həyata keçirəcək. Bu il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə aparılır.

Teqlər:
AZAL, sənəd qəbulu, Həcc ziyarəti, QMİ, Qafqaz Müsəlmanları İdarəsi, Məkkə, Azərbaycan

Əsas mövzular