14:59 22 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9570
Yunanıstan

Yunanıstan Avrozonada qalası oldu

© http://i.huffpost.com/
XƏBƏRLƏR
Qısa URL
1810

Avrozona liderlərinin sonuncu planını Yunanıstan hökuməti olduqca "pis plan" adlandırıb.

BAKI, 13 iyul — Sputnik. Avrozonaya daxil olan dövlətlərin iyulun 12-də keçirilən zirvə toplantısında Yunanıstan hökumətinin kreditorlar qarşısında öhdəlikləri yerinə yetirmək barədə vədinin əvəzində bu ölkəni avrozonada saxlamaq qərara alınıb.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə məlumatı görüşdə iştirak edən diplomatik mənbə verib. 

Mənbənin sözlərinə görə,  toplantıda Yunanıstana üçüncü yardım paketinin təqdim olunmasına dair razılığa gəlinib. Bunun əvəzində Aleksis Tsipras hökuməti iyulun 14-nə qədər parlamentdə Avropa İttifaqı ilə razılaşdırılmış 6 qanun layihəsini qəbul etməlidir. Söhbət özəlləşdirmə, təqaüd və vergi islahatları, o cümlədən, ƏDV sisteminə yenidən baxılmasından gedir. 

Üç illik kreditləşmə proqramı iyulun 15-də Avroqrupun növbəti görüşündə təsdiqlənməlidir. İlkin məlumata görə, Afinaya veriləcək kreditin ümumi həcmi 90 milyard dollar olacaq. 

Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, Avropa İttifaqı şurasınını rəhbəri Donald Tusk və Yunanıstanın baş naziri Aleksis Tsipras  Yunanıstanın kredit borcları probleminin həlliyə bağlı kompromis layihəni təqdim ediblər. 

Bu barədə məlumat verən avropalı diplomatın sözlərinə görə, ilkin kompromis plan Avrozonanın liderlərinə təsdiq üçün  təqdim olunacaq.   "Avrozonaya daxil olan 19 dövlətin liderinə təqdim etmək üçün dördtərəfli razılaşma mövcuddur" — deyə diplomat bildirib. 

Daha əvvəl bildirilmişdi ki, Almaniya, Fransa, Yunanıstan və Avropa İttifaqı Şurasının rəhbərləri Brüsseldə Avrozona liderlərinin sammitindən əvvəl görüş keçiriblər. Tuskun rəsmi nümayəndəsi bildirib ki, zirvə Yunanıstanla bağlı kompromis təklifləri müzakirə etmək üçün toplaşıb. 

Bazar günü Avrozonanın maliyyə nazirləri şurası (Avroqrup) Yunanıstana yardımla bağlı üçüncü proqrama dair təklifləri Avrozonanın liderlərinə təqdim ediblər. Yunanıstan hökumətindəki mənbə Avrozonanın yunan borc probleminin həllinə dair bu plani olduqca "pis plan" adlandırıb. 


Teqlər:
Avropa Birliyi, Avrozona, Aleksis Tsipras, Yunanıstan

Əsas mövzular