02:12 18 Oktyabr 2017
Canlı yayım
Mobil telefonla ödəmə sistemi

Sərnişinlər gedişhaqqını mobil telefon vasitəsilə ödəyəcəklər

Azərtac
XƏBƏRLƏR
Qısa URL
1411

Sinqapur ictimai nəqliyyatda gediş haqqının ödənilməsi üçün kontaktsız ödəmə sisteminə keçir.

BAKI, 11 iyul — Sputnik. Sinqapur Nəqliyyat Administrasiyası gediş haqqının ödənilməsi üçün kontaktsız ödəmə sistemi istifadəyə verəcək.

Sputnik Azərtac-a istinadən xəbər verir ki, sistem sərnişinin nəqliyyata daxil olmasını və çıxmasını kart və ya digər ödəniş vasitəsini oxuyucu qurğuya yaxınlaşdırmadan avtomatik qeydə alacaq.

"Texnologiya sərnişinlərin avtobus və ya qatarda ödəniş alətlərini aşkar edərək onları avtomatik qeydiyyatdan keçirəcək. Gediş haqqını ödəmək üçün sərnişinin üzərində mobil telefon olmalıdır. Bu halda "Be-İn-Be-Out" sistemi sərnişinlərdən əlavə əməliyyat tələb etməyəcək. Hazırda mütəxəssislər ödəniş alətinin uzaq məsafədən aşkar edilməsi ilə əlaqədar məsələlərin həlli ilə məşğuldurlar" — deyə Sinqapur nəqliyyat nazirinin müavini Pan Kinq Kon deyib.

Əsas mövzular