02:14 18 Oktyabr 2017
Canlı yayım
Ebola virusu

Azərbaycan eboladan zərər çəkənlərə 1 milyon dollar ayıracaq

usnews.com
XƏBƏRLƏR
Qısa URL
4221

Yaşar Əliyev: Vaxtilə resipiyent ölkə olan Azərbaycan bu gün aktiv donora çevrilir.

BAKI, 11 iyul — Sputnik. Azərbaycan hökuməti Ebola epidemiyası nəticəsində zərər çəkmiş ölkələrin iqtisadiyyatlarının bərpasına bir milyon dollar ayırmaq niyyətindədir.

Sputnik Azərtac-a istinadən xəbər verir ki, bu fikri Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT Radiosuna müsahibəsində bildirib.

Yaşar Əliyev deyib: "Azərbaycanın müstəqilliyinin bərpa olunduğu ilk illərdə biz böyük problemlə üzləşdik. Bu problem indiyə kimi mövcuddur, amma kifayət qədər yüngülləşib: Ermənistanla münaqişə nəticəsində bir milyondan çox insan qaçqınlıq həyatı yaşayır. O vaxt beynəlxalq cəmiyyət Azərbaycana yardım etdi. Biz bunu unutmuruq. Vaxtilə resipiyent ölkə olan Azərbaycan bu gün aktiv donora çevrilir. Biz yaxşılığı unutmuruq və yaxşılığa yaxşılıqla cavab vermək istəyirik".

BMT-nin iqamətgahında eboladan zərər çəkmiş ölkələr üçün vəsaitin toplanmasına dair beynəlxalq konfrans başa çatıb. Konfrans çərçivəsində BMT Baş katibinin, habelə Qvineya, Liberiya və Syerra-Leone prezidentlərinin iştirakı ilə yüksək səviyyəli görüş keçirilib.

Konfransın yekunlarına əsasən, ölkələr Qvineya, Liberiya və Syerra-Leonenin bərpasına təqribən beş milyard dollar ayırmağı vəd ediblər.

Əsas mövzular