15:23 18 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Mərkəzi bank

İntihar edən şəxsin kredit borcu olmayıb

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
1301

Azərbaycan Mərkəzi Bankı özünü "Tərtərçay" üzərindəki körpüdən asan Elşad Dadşovun kredit borcu olmadığını bəyan edib.

BAKI, 11 iyul — Sputnik. İyulun 8-də Bərdə rayonunda intihar etmiş Elşad Vaqif oğlu Dadaşovun kredit borcu olmayıb.

Sputnik xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda deyilir.

Burada qeyd olunub ki, məsələ ilə bağlı araşdırmalar aparılıb. Nəticədə həmin şəxsin hər hansı kredit təşkilatına borcu olmadığı müəyyən edilib.

“Ümumiyyətlə baş verən hadisənin bununla əlaqəsi yoxdur. Belə məlumatları yayanlara tövsiyə edirik ki, bu kimi həssas sosial və mənəvi məsələlərə dair informasiyanın yayılmasından öncə onun yoxlanılmasını təmin etsinlər.” — Mərkəzi Bankın məlumatında vurğulanıb.

Son günlərdə yerli KİV 8 iyul 2015-ci il tarixində Bərdə rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı məlumatlarda Elşad Dadaşovun kredit borcuna görə özünə qəsd etdiyini yazmışdı.Bildirilirdi ki, 23 yaşlı Yevlax rayonunda anadan olmuş, hazırda Bərdədə qeydiyyatda olan Elşad Vaqif oğlu Dadaşov özünü kəndirlə "Tərtərçay" üzərindəki körpüdən borca görə asıb. 

Əsas mövzular