13:33 23 Oktyabr 2017
Canlı yayım
Azərbaycan prezidenti İlham Əliyevin ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüşü

İlham Əliyev ABŞ Dövlət Departamentinin nümayəndə heyətini qəbul edib

Azərtac
XƏBƏRLƏR
Qısa URL
1511

Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin hazırkı vəziyyəti müzakirə edilib.

BAKI, 11 iyul — Sputnik. Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil etməsinin və Oyunlar zamanı gözəl əhval-ruhiyyənin mövcud olmasının önəmini qeyd edən Hokstayn bunun həm ölkəmiz, həm də dünya üçün əhəmiyyətli hadisə olduğunu deyib.

Görüşdə Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafının hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, ölkələrimizin enerji sahəsində əməkdaşlığından məmnunluq ifadə olunub və bu əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Əsas mövzular