13:32 23 Oktyabr 2017
Canlı yayım
partlayış

İtaliyanın Qahirədəki konsulluğunda partlayış olub

tr.sputniknews.com
XƏBƏRLƏR
Qısa URL
501

Hadisə zamanı 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

BAKI, 11 iyul — Sputnik. Bu gün səhər İtaliyanın Qahirədəki konsulluğunun binası qarşısında partlayış olub.

Sputnik RİA News-a istinadən xəbər verir ki, Misir partlayış nəticəsində 1 nəfərin öldüyü və 4 nəfərin yaralandığı barədə rəsmi açıqlama verib. 

İlkin məlumatlara görə, diplomatik missiyanın yaxınlığında saxlanılmış avtomobildə yerləşdirilən partlayıcı qurğu uzaqdan idarə olunan cihaz vasitəsi ilə işə salınıb. Konsulluq binasının bir tərəfi uçub.

Xəsarət alanlardan ikisinin konsulluğu mühafizə edən polis işçisi olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

İtaliya Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, partlayış zamanı binada heç kim olmayıb.    

Hələlik heç bir terror təşkilatı partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Əsas mövzular