02:14 18 Oktyabr 2017
Canlı yayım
Şokolad

Şokoladı Avropaya ispanlar gətirsə də, lisenziyasını italyanlar alıb

playbuzz
XƏBƏRLƏR
Qısa URL
46431

Beynəlxalq Şokolad Günü və asteklərin "icad"ı olan şokolada avropalılar necə sahib çıxdılar?

BAKI, 11 iyul — Sputnik. 11 iyul Beynəlxalq Şokolad Günü kimi qeyd olunur. 1995-ci ildə ilk dəfə sevginin və romantikanın vətəni sayılan Fransa bu günün bayram kimi qeyd olunmasına başlayıb. Sonra tədricən əksər ölkələr 11 iyulda şokoladla bağlı sərgilər, festivallar, təqdimatlar və digər tədbirlər keçirərək bu günü bayrama çeviriblər. 

Şokolad (astek dilindən chocolatl — kakao toxumundan içki) kakao paxlasına şəkər və başqa yeyinti məhsulları qatılmaqla hazırlanan qənnadı məmulatıdır. Şokolad təbii və əlavəli hazırlanır. Təbii şokolad yalnız kakao paxlası və şəkərdən alınır, əlavəli şokoladın tərkibinə bunlardan başqa quru süd, qəhvə, qoz və s. qatılır. Şokoladın tərkibində 35-37% yağ olur. Şokolad hazırlamaq üçün kakao paxlasını təmizləyib çeşidləyir və qovurduqdan sonra xırdalayıb narın üyüdürlər. Üyüdülmüş kakaonun bir hissəsini sıxıb yağını ayırırlar. Şokolad plitka, müxtəlif fiqur, medal formasında, şokolad məmulatları isə baton və assorti konfeti şəklində buraxılır.

Şokoladın qara (acı), südlu, ağ, məsaməli və diabetik növləri olur. 

Şokolad 3000 il bundan əvvəlki dövrə aid edilən nemətlər sırasına daxildir.

Təxminən eramızdan 1500 il əvvəl Meksika körfəzi sahillərində yerləşən Amerikada yeni sivilizasiya meydana gəldi. Onların mədəniyyətlərindən bizə çox nadir məqamlar məlumdur. Yalnız fikir var ki, məhz "kakao" sözü ilk dəfə olaraq onlar tərəfindən işlədilib və "kakawa" kimi tələffüz edilib. Kakao eramızdan təxminən 1000 il əvvəlki dövrü özündə birləşdirən həmin tayfanın sivilizasiya nümunələrindən sayılır.

Onlardan sonra meydana gələn yeni sivilizasiyanın nümayəndələri isə mayalılar hesab olunur. Mayalıların nəsilləri eramızdan 1000 il əvvəl Qvatamelanın şimal hissəsinə naməlum istiqamətdən gəliblər. Həmin vaxtdan etibarən mayalıların çox hissəsi Qvatamelada və hazırda Meksika ərazisində olan Çiapasda yaşayırlar. Yəqin ki, kakao həmin dövrdə çox məhdud ərazidə yayılıb. Yoxsa tezliklə məşhur ola bilərdi. Mayalılar ilk olaraq kakao adlanan ağacdan istifadə etməyə başlayıblar və onlar hətta bu adı daşıyan Allaha da inanırdılar.

Eramızdan əvvəl, təxminən 250 – ci illlərdə maya mədəniyyətinin inkişafı özünün klassik mərhələsinə daxil olub. Bizim eranın 600 – cü ilinə qədər mayalılar bizə məlum olan ən böyük plantasiyaları yaradıblar. Onların nəhəng şəhərləri yaradılmışdı. Piramidaları, qalaları və qəddar rəhbərləri var idi. Bizim eranın IX əsrinə kimi mayalıların memarlıq üslubları Yunanınstan və İtaliyanın ilkin İntibah dövrünə bənzəyirdi. Mayalılar üçün şokolad ən məşhur, təntənəli və müqəddəs içki idi, bu hal yalnız onların yaşadığı dövrü deyil, o biri dünyanı da özündə birləşdirirdi.

Əlbəttə düşünmək olar ki, yəqin mayalar yalnız bir növ hazırlanmış şokolad içkisini tanıyırdılar. Onların çox yaxşı hazırlanmış metdoları var idi və şokolad içkisi üçün müxtəlif üsullardan, əlavələrdən və komponentlərdən istifadə edirdilər. Mayaların mədəniyyətini öyrənən dilçi mütəxəssislər müəyyən sözlərin üzərində işləyirlər. Buna misal olaraq, "witik cacao" və "cacao kox" sözlərini göstərə bilərik. Bu sözlərin mənası hələ də açılmayıb. 

Bizim eranın IX əsrindən sonra mayaların klassik mədəniyyəti məhv olmağa başladı və 1000 – ci ildə onların yerinə tolteklər gəldi. Həmin mədəniyyət XII əsrdəki daxili çəkişmələr və mübahisəli danışıqlar nəticəsində məhv edildi. 1200 – cü ildən sonra Meksika və onun ətraf hissələrində asteklər rəhbərliyi ələ aldılar. Onların sivilizasiyaları 1521 – ci ilə, yəni ispanların həmin əraziləri zəbt etməsinə qədər davam etdi.

Bir çox kitablarda yazılan fikirlərə əsasən elə ilk dəfə asteklər kakao ağaclarını kəsmiş və ondan şokolad içkisini yaratmışlar. Sonra bu fikirlər təkzib edildi. Lakin Yeni dünyada asteklər şokolad içkisinin yayılmasında mühüm rol oynayan etnos sayılır. Astek əfsanələrində deyilir ki, kakao bitkisi bizə Cənnətdən göndərilib və kakao ağacında güc və mərdlik təzahür edir.

Xəritələrdə 1519 – cu ilə aid edilən astek imperiyasına məxsus torpaqlar əks olunur. Həmin ərazilər ispanlar tərəfindən məhv edilmişdi. Bu bölgələrdən ən vacibi Xoconochco ərazisi olub və buranı asteklər 1486 – 1502 ci illərdə aşkarlayıblar. Bu, asteklər üçün ən yaxşı plantasiyalara sahib olmaq imkanı qazandırmışdı. Xoconocho vilayəti asteklərə aid edilən imperiya hissəsindən kənarda yerləşirdi və məhz buna görə də bir çox tacirlər kakaonun asteklərin paytaxt şəhəri olan Tenochtitlan şəhərinə daşınmasında böyük rol oynayırdı. Kakao – paxlaları astek imperiyası üçün pul mənasını kəsb edirdi. Burada kral imperiyasının anbarlarda xüsusən qoruduğu kakao – paxlaları var idi. Kakaonun tacirlərin bir-birinə ötürdüyü bir hissəsi təxminən 24 000 kakao dənəsindən ibarət olurdu. Bu üç "xipuipillis" adlandırılırdı.

Bir çox mənbələrdən əldə edilmiş məlumatlara əsasən Nezahualcoyotl sarayında hər gün 4 xipuipillis yığılırdı. Bu il ərzində 486 kisədən artıq edirdi. Bütünlükdə məbləğ Montesumada olan kakao maliyyəsindən əldə edilmiş pula görə heç nə idi. Bu tanınmış astek imperatorlarından birinin dövrünə aid edilirdi. Deyilənə görə, həmin dövrdə 4000 – dən artıq kakao kisəsi əldə edilirmiş. Bu fakt təsdiq edilməsə də həmin anbarın təxminən bu qədər kakao tutduğu da məlumdur. Mayalar şokoladdan hazırlanmış bu içkini "xocolatl", asteklər isə "cacahuatl" adlandırırdı. Meksika hindularının dilində olan şokolad sözü "choco" yəni içki və "alt", yəni su sözlərinin birləşməsindən meydana gəlmişdir. Sözün bu mənanı ifadə etməsi bəlkə də onun əvvəllər içki kimi istifadə olunması ilə əlaqədardır.

Deyilənə görə Xristofor Kolumb kakao – paxlalarını kral Ferdinanda özünün Yeni dünyaya dördüncü səfəri zamanı gətirmişdi. Lakin heç kim Kolumb tərəfindən gətirilən bu qiymətli bitkilərin mənasını dərk edə bilmədi. Kolumdan sonrakı 100 il ərzində şokolad Avropada da meydana gəldi. Bir girvəngəsi 10 – 15 şillinqə satılırdı və şokolad içkisi yüksək nümayəndələrə aid edilirdi. XVI əsrdə ispan tarixçilərindən Oviedo yazırdı; "Yalnız varlılar və hörmətli şəxslər özünə şokolad içməyə icazə verə bilərdi, çünki bunu içmək pulu içmək kimi bir hərəkət idi. Bütün ölkələrdə kakao paxlalarından valyuta kimi istifadə edirdilər. 100 kakao toxumuna həmin vaxt bir yaxşı kölə almaq mümkün idi!"

Şokolad həmçinin müalicəvi ünsür kimi də istifadə edilirdi. Xristofer Lyudviq Xoffman şokoladı bir çox xəstəliklərin müalicəsi üçün insanlara məsləhət görürdü. Şokolad illər keçdikcə daha da məşhurlaşdı və nəticədə onun daxilinə əlavələr edilməyə başlanıldı. Bunlara süd, spesefik məhsullar, müxtəlif şirin məmulatlar, içki və hətta pivə də qatıldı. 

Əgər ilk əvvəl şokolad kişilər üçün içki sayılırdısa, sonrakı dövrlərdə bu xüsusən uşaqlar üçün maraqlı içkiyə çevrildi. 1674–cü ildə şokoladdan ruletlərin və pirojnaların içində istifadə etməyə baladılar. Bu dövr "yeyilə bilmə" müddəti adlandırılırdı, çünki hazırlanan şokoladları təkcə içmirdilər, onları yemək də olurdu.

Avropaya aparıldıqdan sonra kakao ilk əvvəl kilsəyə və kralın sarayına düşür, burada saray qadınları tərəfindən xüsusən sevilir. İspaniyadan "kcokolatl" Avropanın digər bölgələrinə də yayılır və nəticədə meksikalılardan fərqli olaraq tərkibinə şəkər tozu, həmçinin vanil də əlavə edilir. Alman imperatoru olan V Karl kakaonun maliyyə nəticələrini öyrəndikdən sonra bu məhsul üzrə monopoliya elan edərək, yalnız özünün əlində cəmlənməsini tələb edir. Lakin XVII əsrdə qaçaqmalçılıq yolu ilə bu məhsul Niderlanda gətirilir. İlk dəfə şokoladın hazırlanması üçün lisenziyanı italyanlar əldə edir. İngiltərədə "Chocolate Houses" kofe və çay salonlarından daha çox insanı cəlb edir və müştəri axınına uğrayır. XIX əsrdə ilk dəfə olaraq şokolad pilitələri yaradılır, Jan Neaus isə ilk içərisi doldurulmuş konfetin yaradıcısı hesab olunur.

Alain Roby - şokolad ev
delish.com
Alain Roby - şokolad ev

ABŞ-da şokoladdan uca bir bina tikilib. 6,5 metr uzunluğundakı bina görənlərin iştahını artırır. ABŞ-ın göydələnləri ilə məşhur Nyu-York şəhərində ucalan bu bina digərlərindən dadlı olması ilə fərqlənir.Çünki 6.5 metr uzunluğundakı bina saf şokoladdan hazırlanıb.Tikilinin memarı fransız aşpaz Alain Roby 1036 kiloqram qara şokoladdan istifadə etməklə düzəltdiyi bu heykəllə daha bir rekorda imza atıb. 30 saata tikilən bina Ginnesin kitabına adını yazdırıb. Roby arxitekturada heç bir məşhur binanın görünüşündən istifadə etmədiyini bildirib. Maraq dolu dünyada sevimli şirniyyatdan bina hazırlamaqdan da qəribə onun necə yeyilməsidir. Buna insanların hobbisi kimi baxılsa da, əslində tarixdə sevimli içkilərindın fontan hazırlayanlara da rast gəlmək olur.

Əsas mövzular