13:40 23 Oktyabr 2017
Canlı yayım
New Horizons

New Horizons iyulun 14-də Plutona 10 min km yaxınlaşacaq

want-2-know.info
XƏBƏRLƏR
Qısa URL
42220

Doqquz günlük uçuş müddətində stansiya Pluton okeanındakı buzların altında suyun olduğuna dair ehtimala da aydınlıq gətirəcək.

BAKI, 11 iyul — Sputnik. NASA-nın avtomat planetlərarası stansiyası New Horizons (Yeni üfüqlər) iyulun 14-də Bakı vaxtı ilə saat 15:50-də Plutona maksimal həddə — 10 min km yaxınlaşacaq. 

Sputnik NASA-nın məlumatına istinadən xəbər verir ki, stansiya Yeri 2006-cı il yanvarın 19-da tərk edib. 2007-ci ildə Yupiterə uçub və onun cazibə sahəsində qravitasiya manevri edib.

Bu missiyanın əsas məqsədi Plutonun, Günəş sistemindəki Neptunun orbitində olan kiçik səma cisimlərinin, Xaronun və Koyper kəmərinin öyrənilməsidir. 

Stansiyanın kosmosda 15-17 il işləməsi planlaşdırılır. 

"Yeni üfüqlər"in qarşısında duran əsas məqsəd Günəş sistemini detallı öyrənməkdir: Pluton və Xaronun səthinin xəritəsini çəkmək,onların temperatur xəritəsini qurmaq, bu səma cisimlərinin geologiya və morfologiyasını öyrənmək, Plutonun atmosferini öyrənmək və Xaronun atmosferinin mövcud olub-olmamasına dair suala cavab tapmaqdır. 

Doqquz günlük uçuş müddətində stansiya Pluton okeanındakı buzların altında suyun olduğuna dair ehtimala da aydınlıq gətirəcək. Stansiya bu müddət ərzində 4,5 gigabayt informasiya toplayacaq. Məlumatlar 2000 bit/s sürətlə ötürüləcək, buna görə də, fasiləsiz rabitə şərtləri daxilində Plutonla bağlı informasiyalar Yerə 2016-cı ildə çatacaq. 2015-ci ilin sonlarına yaxın qısa şərhlər əldə etmək mümkün olacaq.

Plutonun məsafəsi və kiçik kütləsi onun kosmik aparatların köməyilə öyrənilməsini çətinləşdirir. New Horizons göy cisimlərinin təbiətini öyrənən ilk missiyadır. 

Kəşf olunduğu 1930-cu ildən 2006-cı ilə qədər Pluton Günəş sisteminin onuncu planeti sayılırdı. 2000-ci ildə Erida, Sedna və Koyper kəmərindəki digər obyektlərin kəşfi Plutonun statusunun dəyişməsinə səbəb olub. O, cırtdan planet və Koypera kəmərinin ən iri obyektlərindən biri kimi qəbul edilib. 

Əsas mövzular