02:21 18 Oktyabr 2017
Canlı yayım
XƏBƏRLƏR

Almaniyada məscidə faşist simvolları çəkiblər

XƏBƏRLƏR
Qısa URL
40520

Tuncay Çətin məscidin divarlarının və şüşələrinin üstünə 10 yerdə qırmızı və qara rəngdə faşist simvolları olan svastika və faşist salamı mənasını daşıyan 88 rəqəminin yazıldığını söyləyib.

BAKI, 10 iyul — Sputnik. Almaniyanın Baden Württemberg əyalətinin Welzheim şəhərində Dəyanət İşləri Türk İslam Birliyinə (DITIB) bağlı olan Bilal-i Habeş məscidinin divarlarına naməlum şəxslər svastika və radikal sağçı simvollar çəkiblər.

Sputnik-in məlumatına görə, məscid dərnəyinin sədri Tuncay Çətin, AA müxbirinə verdiyi açıqlamada hadisənin gecə təravih namazı zamanı baş verdiyini bildirib. O, məscidin divarlarının və şüşələrinin üstünə 10 yerdə qırmızı və qara rəngdə faşist simvolları olan svastika və faşist salamı mənasını daşıyan 88 rəqəminin yazıldığını söyləyib. 

Çətin, bu prosesin təhlükəsizlik kameraları tərəfindən qeydə alındığını bildirib. Görüntülərdə bu yazıları uzun sarışın bir nəfərlə başında kapişon olan başqa birinin yazdığı, üçüncü şəxsinsə aralıda dayanaraq keçik çəkdiyi görünür. Çətin məscidin qarşısındakı evdə yaşayan bir uşağın bu arada zibil atmaq üçün çölə çıxdığını, məscid tərəfdə səs eşitdiyindən ora hücum edənlərə qışqırdığını bildirib.Bu zaman yazıları yazanlar hadisə yerindən qaçıblar. Dərnəyin sədri məsciddə namaz qılanların hadisəni fərq etmədiyini bildirib. 

İndiyə qədər belə bir hadisə ilə rastlaşmadıqlarını söyləyən Çətin deyib ki, Almaniyada 8-i türk olmaqla 10 nəfəri öldürməkdə günahlandırılan radikal sağçı "Nasional Sosialist Yeraltı" təşkilatı ilə bağlı məsələ ortaya çıxandan sonra onlara polisdən bir kağız gəlib. Polis hər hansı bir hadisə baş verdikdə buradakı telefon nömrəsini yığmağı tövsiyə edib. 

Məsciddə faşist simvolları
Hurriyet
Məsciddə faşist simvolları

Polisin kamera qeydlərini araşdırdığını, hadisə yerinə gələrək təhqiqat apardığını söyləyən dərnək sədri, bu hadisənin aydınlaşdırılmasını istədiyini bildirib. 

İslam Toplumu Milli Görüş Təşkilatının (IGMG) baş katibi Bekir Altaş isə hadisə ilə bağlı verdiyi yazılı açıqlamada, bu məsələnin təhlükəsizlik qüvvələri tərəfindən gözardı və ört-basdır edilməsinin yolverilməz olduğunu bildirib.

Məscidlərə və müsəlmanlara qarşı hücumların qeydə alınmasını istəyən Altaş deyib: "Təhlükəsizlik qüvvələrinin İslama qarşı cinayətlərin xüsusi bir kateqoriya ilə qeydə alınması üçün İslam qurumlarına və müsəlmanlara qarşı daha neçə hücum olmalıdır? İslama qarşı yazılı və şifahi təhqirlərin sərt şəkildə cəzalandırılması üçün daha necə hadisənin baş verməsi gözlənilir?"

Əsas mövzular