02:13 18 Oktyabr 2017
Canlı yayım
Elmar Məmmədyarov

Ermənistan gec-tez təkliflərimizi qəbul edəcək

mfa.gov.az
XƏBƏRLƏR
Qısa URL
3620

Azərbaycanın xarici işlər naziri: İstəyirik ki, insanlar geri qayıtsın, yollar açılsın və biz bütün əlaqələri bərpa edək.

BAKI, 10 iyul — Sputnik. Biz kompromis kimi yalnız Azərbaycanın tərkibində Dağlıq Qarabağın statusu məsələsini müzakirə edə bilərik. 

Sputnik xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazirin sözlərinə görə, Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi çox konstruktivdir: "Azərbaycanın mövqeyi çox konstruktivdir. O baxımdan ki, bütün ordu kənarda qalsın, insanlar geri qayıtsın, yollar açılsın və biz bütün əlaqələri bərpa edək. Bütün yolların, kommunikasiyaların açılması imkan verəcək ki, regionda addım-addım, normal şəkildə əlaqələrimizi quraq. Hamı bilir ki, danışıqlar bunun əsasında aparılır. Həm həmsədrlər, həm də Azərbaycan tərəfi bu istiqamətdə addımlar atır. Qalır Ermənistanın da bunu qəbul etməsi… Gec-tez bu da olacaq. Mən heç şübhə etmirəm”. 


Teqlər:
şübhə etmirəm, gec-tez, addımlar atır, Azərbaycan tərəfi, həmsədrlər, danışıqlar bunun əsasında aparılır, yollar açılsın, insanlar geri qayıtsın, kompromis, Dağlıq Qarabağın statusu, Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi, kommunikasiyaların açılması, nazir, Danışıqlar, Sputnik, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistan, Dağlıq Qarabağ, Azərbaycan

Əsas mövzular