02:09 18 Oktyabr 2017
Canlı yayım
Chatam House

Qarabağın Azərbaycanlı icması da “Chatham House”da iştirak edəcək

ief.org
XƏBƏRLƏR
Qısa URL
9010

Elmar Məmmədyarov: Azәrbaycan icmasının nümayәndәlәri dә Londonda Bako Saakyanın görüşdüyü şəxslərə öz fikirlәrini çatdıracaqlar.

BAKI, 10 iyul — Sputnik. Dağlıq Qarabağın azәrbaycanlı icmasının nümayәndәlәri dә Londonda Bako Saakyanın görüşdüyü şəxslərə öz fikirlәrini çatdıracaqlar.

Sputnik xəbər verir ki, bu sözlәri Dağlıq Qarabağdakı separatçıların başçısı Bako Saakyanın Böyük Britaniyaya səfərinə münasibət bildirən Azərbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarov deyib.

Nazir xatırladıb ki, Azәrbaycan XİN və ölkənin Londondakı sәfirliyi Saakyanın sәfәri ilә bağlı açıqlama yayıb: “O, İngiltәrәyә şәxsi qonaq kimi gedib. Sәfәr Ermәnistan pasportu ilә baş tutub. Lakin araşdırmaq lazımdır ki, niyә Ermәnistan pasportu ilә ona viza verirlәr? Çünki bir tәrәfdәn Ermәnistan bәyan edir ki, onlar müstәqildirlәr, digәr tәrәfdәn isə həmin şəxs İngiltәrәyә, daha әvvәl isә ABŞ vә Fransaya gedәndә Ermәnistan pasportundan istifadә edir. Bunlar şәxsi sәfәrlərdir. Biz yenә dә bununla bağlı bir neçә dәfә İngiltәrәnin Xarici İşlәr Nazirliyinә etirazımızı bildirmişik. İngilәtәrә parlamentindә madam Koks kimi adamlar var. Onların qanunlarına görә, kimi istәsәlәr, dәvәt edә bilәrlәr. Amma bu, o demәk deyil ki, İngiltәrә parlamenti nәyisә tәsdiq vә ya qәbul edir. Digәr tәrәfdәn, Bako Saakyan ermәni icmasının fikrini “Chatham House”da çatdırırsa, Azәrbaycan icması da fikirlәrini çatdırmalıdır. Biz artıq bu barәdә danışıqları başa çatdırmışıq. İndi sәfirliyimiz vasitəsilə bunun vaxtını müәyyәnlәşdiririk. Azәrbaycan icmasının nümayәndәlәri dә Londonda Bako Saakyanın görüşdüyü şəxslərə öz fikirlәrini çatdıracaqlar”.

Teqlər:
öz fikirlərini çatdıracaqlar, dəvət edə bilərlər, etirazımızı bildirmişik, digər tərəfdən, təsdiq, Azәrbaycan icmasının nümayәndәlәri, səfirlik, sәfirliyimiz vasitəsilə, Ermәnistan pasportu, ermәni icması, Saakyanın sәfәri ilә bağlı açıqlama, Londondakı sәfirliyi, Dağlıq Qarabağdakı separatçıların başçısı Bako Saakyanın Böyük Britaniyaya səfəri, İngilәtәrә parlamenti, Chatham House, İngiltәrәnin Xarici İşlәr Nazirliyi, Azәrbaycan XİN, Sputnik, madam Koks, Elmar Məmmədyarov, Dağlıq Qarabağın azәrbaycanlı icmasının nümayәndәlәri, Bako Saakyan, Böyük Britaniya, Ermənistan, Fransa, ABŞ, İngiltərə, London

Əsas mövzular