02:19 18 Oktyabr 2017
Canlı yayım
Vəkil Xaliq Bağırov

Xalid Bağırov Vəkillər Kollegiyasından xaric edilib

arxiv
XƏBƏRLƏR
Qısa URL
6210

O, Şəki Apellyasiya Məhkəməsində Tofiq Yaqublu və digərlərinin məhkəməsi keçirilən zaman dövlətçilik əleyhinə çıxışlar etməkdə günahlandırılıb.

BAKI, 10 iyul — Sputnik. Bu gün Nizami rayon Məhkəməsində vəkil Xalid Bağırovun Vəkillər Kollegiyasından xaric olunması barədə kollegiyanın verdiyi iddia üzrə qərar verilib.

Sputnik xəbər verir ki, bu barədə APA-ya Xalid Bağırov özü məlumat verib. 

Bağırov bildirib ki, bir müddət əvvəl Vəkillər Kollegiyası onun kollegiyadan xaric olunması barədə təqdimatla məhkəməyə müraciət edib.

Bundan əvvəl isə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Bağırovun vəkillik fəaliyyətinə xitam verilib.

Bağırovla bağlı Şəki Apellyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynov Vəkillər Kollegiyasına müraciət edib. O, Şəki Apellyasiya Məhkəməsində Tofiq Yaqublu və digərlərinin məhkəməsi keçirilən zaman Bağırovun dövlətçilik əleyhinə çıxışlar etdiyini bildirib.

Teqlər:
Xalid Bağırov Vəkillər Kollegiyasından xaric edilib, məhkəməsi keçirilən zaman, məlumat verib, kollegiyanın verdiyi iddia üzrə qərar, vəkillik fəaliyyətinə xitam, dövlətçilik əleyhinə çıxışlar, kollegiyadan xaric olunması barədə təqdimat, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı, Sputnik, Vəkillər Kollegiyası Rəyasət Heyəti, Nizami rayon Məhkəməsi, Vəkillər Kollegiyası, Xalid Bağırov, Tofiq Yaqublu, Şəki Apellyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynov, Şəki, Nizami rayonu

Əsas mövzular