02:21 18 Oktyabr 2017
Canlı yayım
XƏBƏRLƏR

Prezident nazirləri korrupsiyaya görə işdən qovdu

XƏBƏRLƏR
Qısa URL
23431

Prezident baş nazirin müavinini, iqtisadi inkişaf, tikinti və arxitektura nazirlərini işdə yol verdikləri nöqsanlara, islahatları ləng apardıqlarına görə işdən azad edib.

BAKI, 10 iyul — Sputnik. Türkmənistanın dövlət başçısı Qurbanqulu Bedımühəmmədov baş nazirin iqtisadiyyat və maliyyə məsələləri üzrə müavinini, həmçinin hökumətin bir neçə nazirini işdəki çatışmazlıqlara və islahatları ləng apardıqlarına görə işdən qovub. 

Sputnik Türkmənistan televiziyasına istinadən xəbər verir ki, korrupsiya Türkmən nazirlər kabinetinin bir neçə üzvünün istefaya göndərilməsinin başlıca səbəbidir. 

İşdən atılan baş nazirin müavini Annamühəmməd Qoçiyev prezidentin rəyinə görə, dünya iqtisadiyyatında baş verən neqativ prosesləri zamanında düzgün analiz etməyib və bu, Türkmənistan iqtisadiyyatına ziyan vurub. 

Qoçiyev qovulduğu hökumətin iclası zamanı deyib ki, ÜDM bir il əvvələ nisbətən aşağı düşüb. Bir il əvvəl bu göstərici 10,3% olsa da, 2015-ci ildə bu rəqəm 9,1% olub.BVF-nin göstəricilərinə görə, iqtisadi artım 2014-cü ildəki 10,3%-lə müqayisədə 9%-ə düşüb. 

Türkmənistan prezidenti həmçinin itisadi inkişaf, tikinti və arxitektura nazirlərini də işdən çıxarıb. Bu vəzifələrə yeni adamlar təyin olunacaq. 

Berdımuhəmmədov baş nazirin müavinini kənd təsərrüfatı və ölkənin mühüm əyalətlərindən birini idarə edən məsul şəxslə əvəz edib. 

Əsas mövzular