13:34 23 Oktyabr 2017
Canlı yayım
Qurani-Kərim

Moskvada "Quran" festivalı keçiriləcək

themuslimvibe.com
XƏBƏRLƏR
Qısa URL
1311

Beynəlxalq festivalda Azərbaycan da iştirak edəcək.

BAKI, 10 iyul —Sputnik. Moskvada ilk dəfə İslam dininin müqəddəs kitabı olan "Quran"a həsr olunmuş Beynəlxalq Festival keçiriləcək.

Sputnik Rusiya mediasına istinadən xəbər verir ki, İyulun 11-də açılacaq festivalda təkcə müsəlmanlar deyil, islam incəsənəti, ədəbiyyatı, müsəlman qadınının geyimi ilə maraqlanan digər dinlərin nümayəndələri də iştirak edə biləcək.

Festival Ramazan bayramı ərəfəsində başlayacaq. Mədəni və maarifləndirmə tədbiri bir həftə müddətində Moskvada bu ilin sentyabrında açılmış məsciddə və İslam Mədəniyyət Mərkəzində keçiriləcək. Tədbirə Azərbaycan, İran, Hindistan, Qazaxıstan, Tacikistan və Türkiyədən nümayəndələrin qatılması gözlənilir.

İslamnews xəbər verir ki, Rusiya və İranın təşkilatçılığı ilə keçiriləcək festivalda Azərbaycan, Qazaxıstan, Tacikistan və Hindistana məxsus guşələr olacaq. Bu guşələrdə kitablar, yeni informasiya texnologiyaları, həm böyüklər, həm də kiçiklər üçün filmlər və animasiyalar nümayiş olunacaq. Milli, avanqard və uşaq yaradıcılıq nümunələri elmi ədəbiyyat yenilikləri ilə birlikdə təqdim olunacaq. "Müqəddəs Quranın işığı" təfsirinin rus dilinə tərcüməsi də təqdim ediləcək. Həmçinin Quranın rus dilinə tərcüməsi, kino və animasiyalarda Quran mövzuları, İran elminin potensialı, kompüter proqramları ətrafında diskussiyalar olacaq, qadın modalarının nümayişi keçiriləcək, Quranın öyrənilməsinə dair master-klasslar keçiriləcək. 

Festivalın rəhbəri İran nümayəndəsi Reza Malekidir. 

Əsas mövzular