02:02 18 Oktyabr 2017
Canlı yayım
МИНИСТЕРСТВО НАЦИОНАЛЬНОЙ БЕЗОПАСНОСТИ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ

Naxçıvan MTN-i Azadlıq radiosunun əməkdaşının iddialarını təkzib edib

© Foto: STR
XƏBƏRLƏR
Qısa URL
2910

MTN: Əvvəlki illərdə də Yafəz Həsənov dəfələrlə oxşar yalan iddialarla çıxış edib, amma onun şikayətlərinin tam əsassız olduğu müəyyənləşdirilib.

BAKI, 10 iyul — Sputnik. Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi “Azadlıq radiosu”nun Bakı bürosunun əməkdaşı Yafəz Həsənovun mediaya verdiyi açıqlamaya münasibət bildirib.

Naxçıvan Muxtar Respublikası MTN-in mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, “ABŞ Konqresinin maliyyələşdirdiyi “Azadlıq radiosu”nun Bakı bürosunun əməkdaşı Yafəz Həsənov növbəti dəfə Azərbaycana qarşı qaralama kampaniyası aparan dairələrin nəzarətində olan bəzi elektron media vasitələrində guya özünün Naxçıvan Muxtar Respublikası MTN-in əməkdaşı tərəfindən Türkiyənin İğdır şəhərində, həyat yoldaşının isə muxtar respublika Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən xidməti ərazidə saxlanılaraq təzyiqlərə məruz qalması haqqında tamamilə yalan və cəfəng iddialar irəli sürüb:

“Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən  Yafəz Həsənovun iddialarının əsl mahiyyətinə aydınlıq gətirilməsi və bu barədə ictimaiyyətin məlumatlandırılması məqsədi ilə araşdırma aparılıb. Araşdırmalar nəticəsində məlum olub ki, Yafəz Həsənovun bu ilin iyul ayının 3-də muxtar respublika ərazisində saxlanıldığını iddia etdiyi həyat yoldaşı Həsənova Aytəkin Heydər qızı son zamanlarda ümumiyyətlə Naxçıvan Muxtar Respublikası ərazisində olmayıb, 4 iyul 2015-ci il tarixdə gecə saat 11 radələrində Şıxlı gömrük postundan keçməklə Gürcüstan Respublikasına getmiş və bu günədək respublika ərazisinə qayıtmayıb”.

Məlumata görə, Naxçıvan MR DİN-in Kəngərli rayon Polis Şöbəsindən daxil olmuş məlumatlarda bildirilir ki, 2011-ci il təvəllüdlü Həsənli Davud Yafəz oğluna şəxsiyyət vəsiqəsi verilməsi ilə əlaqədar A.Həsənova tərəfindən ümumiyyətlə onun qeydiyyatda olduğu Kəngərli rayonunun Polis şöbəsinə müraciət edilməyib. Azyaşlıya şəxsiyyət vəsiqəsinin verilməsi üçün müvafiq sənədlər 18 may 2015-ci il tarixdə onun ana nənəsi Kazımova Züleyxa Kərim qızı tərəfindən polis şöbəsinə təqdim edilib, 20 may 2015-ci il tarixdə şəxsiyyət vəsiqəsi həmin şəxsə təhvil verilib:

“Yafəz Həsənovun Naxçıvan MR MTN əməkdaşının onu Türkiyə Respublikasının İğdır şəhərində 85-BB-898 dövlət qeydiyyat nişanlı, “Jeep” markalı avtomobilə əyləşdirməsi haqqında iddiaları ilə əlaqədar aparılmış araşdırma nəticəsində həmin avtomobil nömrəsinin Naxçıvan şəhər sakini Əliyev Nəriman Allahverdi oğlunun adına qeydiyyatda olan “Mercedes” markalı avtomobilə aid olduğu məlum olub. Əvvəllər Naxçıvan şəhərindəki poliklinikalardan birində baş həkim işləmiş Nəriman Əliyev uzun müddətdir ki, Bakı şəhərində yaşayır. Onun adına rəsmiləşdirilmiş avtomobilin isə cari ildə Azərbaycan Respublikası ərazisindən xarici ölkələrə keçidi olmayıb”.

Naxçıvan MR MTN bildirir ki, Həsənov tərəfindən haqqında hər hansı bir müəyyənedici məlumat təqdim olunmayan “MTN əməkdaşı” barəsindəki iddialar tamamilə reallıqdan uzaq uydurmalardır:

“Eyni iddianın “Azadlıq radiosunun” əməkdaşı tərəfindən periodik olaraq hər il səsləndirilməsi məsələnin əsl mahiyyətinin çirkin iftira üzərində qurulmuş məkrli oyundan ibarət olmasını ortaya qoyur. Görünür “Azadlıq radiosunun“ Bakı bürosu məlum cinayət işi ilə əlaqədar möhürləndikdən sonra asan maddi və siyasi divident axtarışında olan Yafəz Həsənov növbəti “tamaşaları” ilə öz xarici havadarlarının gözündən düşməməyə, öz “əhəmiyyətini” qorumağa çalışır. Budəfəki uydurmalara öz həyat yoldaşını və azyaşlı övladını qoşması isə onun dividentlərlə yanaşı belə ucuz yalanlarla öz ailə üzvlərinə asan sığınacaq almaq axtarışında olduğunu göstərir.  

İctimaiyyət və vətəndaşların diqqətinə bir daha çatdırırıq ki, əvvəlki illərdə də Yafəz Həsənov dəfələrlə oxşar yalan iddialarla çıxış edib, onun şikayətləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən araşdırılaraq tam əsassız olduğu müəyyənləşdirilib”. 

Əsas mövzular