13:30 23 Oktyabr 2017
Canlı yayım
Nüvə bombası

Amerika yeni nüvə silahını sınaqdan keçirib

globalresearch.ca
XƏBƏRLƏR
Qısa URL
6210

“B61-12” nişanlı yeni nüvə bombasının 2020-ci ilə qədər istehsalı nəzərdə tutulur

BAKI, 10 iyul — Sputnik. ABŞ Nüvə Təhlükəsizliyi üzrə Milli Administrasiyası və Hərbi-Hava Qüvvələri iyulun 1-də “B61-12” nişanlı yeni nüvə bombasını sınaqdan keçirib.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə qurumun saytında dərc edilmiş məlumatda bildirilir.  

Məlumata görə, döyüş başlığı olmayan “B61-12” bombası Nevada ştatındakı Tonopa poliqonunda sınaqdan keçirilib. Sınağın uğurlu keçdiyi qeyd olunur.

Həmçinin qeyd olunur ki, ilin sonunadək “B61-12” bombasının daha iki dəfə sınaqdan keçirilməsi planlaşdırılır.  

Bu B61-12-nin istehsala qədərki üç sınaqdan birincisidir. Bu il ərzində daha iki testin keçirilməsi planlaşdırılıb. B61-12 1960-cı ildən etibarən buraxılan B61 modifikasiyalı bombalardan 12-cisidir. Modernləşdirilmiş sursatın istehsalına 2020-ci ilə qədər başlanmalıdır. B61-12 hazırkı B61-3, B61-4, B61-7 və B61-10 versiyalarını əvəz edəcək. 

Əsas mövzular