02:16 18 Oktyabr 2017
Canlı yayım
Ərdoğan və Davudoğlu

Ərdoğan yeni hökumətin qurulmasını Əhməd Davudoğluna həvalə edib

yahoo.com
XƏBƏRLƏR
Qısa URL
1411

Yeni parlament 45 gün ərzində Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırıb təsdiq etməlidir.

BAKI, 10 iyul —Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni, sayca 63-cü hökumətin formalaşdırılmasını baş nazir Əhməd Davudoğluna həvalə edib.

Sputnik Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi İbrahim Kalın bildirib.

Yeni parlament 45 gün ərzində Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırıb təsdiq etməlidir. Qanunvericiliyə əsasən, bu prosedurun müəyyən olunmuş müddətdə baş verməyəcəyi təqdirdə prezident parlamenti buraxaraq vaxtından əvvəl seçkilər təyin etməlidir.    

Əhməd Davudoğlu koalision hökumətin formalaşması məqsədi ilə parlamentdə təmsil olunan Cümhuriyyət Xalq Partiyası, Millətçi Hərəkat Partiyası və Xalqların Demokratik Partiyası rəhbərləri ilə görüşlər keçirəcək.

Əsas mövzular