02:10 18 Oktyabr 2017
Canlı yayım
Türmə

Təhlükəsizlik Xidmətinin zabitləri rüşvətə görə tutulublar

gun.az
XƏBƏRLƏR
Qısa URL
16631

Milli Təhlükəsizlik Xidmətinin iki zabiti 170 min ABŞ dolları həcmində rüşvət tələb etməkdə şübhəli bilinirlər.

BAKI, 9 iyul-Sputnik. Təhlükəsizlik xidmətinin zabiti 170 min dollar rüşvət tələbində ittiham olunaraq  həbs edilib. 

Sputnik Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) Kiyev idarəsinin iki zabiti 170 min ABŞ dolları həcmində rüşvət tələb etməkdə şübhəli bilinirlər. 

Bu barədə mətbuata açıqlamasında Ukrayna MTX-nin yeni rəhbəri Vasili Qritsak deyib. Onun sözlərinə görə, həbs olunan zabitlərin biri mayor, digəri isə kapitandır.

Ukrayna prezidenti Pyotr Poroşenko məsələyə münasibətini bildirərkən deyib ki,  biz öz sıralarımızı təmizləməklə məşğuluq. “Biz təkcə prokurorluq orqanlarını deyil, həmçinin Milli Təhlükəsizlik Xidmətini də satqın və korrupsionerlərdən təmizləyirik.” — deyə prezident bildirib.

Ukrayna mətbuatı onu da yazır ki, iyulun 6-da Luqansk stansiyasında MTX-nin əməkdaşları ilə Ukrayna silahlı qüvvələri arasında silahlı toqquşma baş verib. Bundan sonra MTX-nın çoxsaylı əməkdaşı həbs olunub və hazırda xüsusi xidmət orqanın 40 əməkdaşına qarşı cinayət  işi açılıb.

Milli təhlükəsizlik orqanlarındakı neqativ halları nəzərə alan Ukrayna parlamenti qurumun rəhbəri  Valentin Nalivayçenkonu iyulun 2-də istefaya göndərib və onun yerinə Vasili Qritsakın namizədliyini təsdiq edib.

Əsas mövzular