02:13 18 Oktyabr 2017
Canlı yayım
Fransız polis

Fransız polisinə saç uzatmağa və döymə etdirməyə icazə verilib

© AP Photo/ Kamil Zihnioglu
XƏBƏRLƏR
Qısa URL
12820

Saqqal baxımlı və səliqəli olmalı, polisin işinə mane olmamalıdır. Bədənə isə irqçi, siyasi, dini və ksenefob tatular döydürmək olmaz.

BAKU, 9 iyul — Sputnik. Fransada Polisin Həmkarlar İttifaqı nəhayət ki, polisin saçlarını uzatmaq və döymə (tatu) etdirmək hüququnu əldə etməyə nail olub. 

Sputnik The Local nəşrinin məlumatına istinadən bildirir ki, bu istiqamətdə müzakirələr iki il idi ki, davam edirdi. Polisin zahiri görünüşü ilə bağlı qaydalar 1974-cü ildə qəbul edilib və o vaxtdan indiyədək dəyişməyib. Saqqal saxlamaq üçün həkimdən xüsusi sağlamlıq arayışı almaq və saqqalın saçlara uyğunluğuna diqqət etmək tələb olunurdu. 

"Əgər biz polisin ictimaiyyətə yaxın olmasını istəyiriksə, sosial dəyişikliklərə uyğunlaşmalı və 1974-cü ildən bəri tətbiq olunan qaydaları yeniləməliyik" — deyə Həmkarlar ittifaqının təmsilçisi Yves Lefebvre bildirib.

Bütün bunlarla yanaşı, fransız asayiş keçikçilərinin zahiri görkəmi ilə bağlı məhdudiyyətlər olacaq. Saqqal baxımlı və səliqəli olmalı, polisin silah və digər peşə avadanlıqlarından istifadəsinə mane olmamalıdır. Bədənə irqçi, siyasi, dini və ksenefob tatular döydürmək olmaz.

2014-cü ilin payızında ABŞ ordusunun hərbçilərinin zahiri görünüşü ilə bağlı tələblər yumşaldılmışdı. Onlara tatu etdirməyə, qadın hərbçilərə isə qalınlığı 1,5 santimetrdən çox olmayan Afrika hörükləri və digər hörüklərdən istifadəyə icazə verilmişdi. 

Teqlər:
afrika hörükləri, xüsusi sağlamlıq arayışı, polisin saçlarını uzatmaq və döymə etdirmək hüququ, The Local, Polisin Həmkarlar İttifaqı, Yves Lefebvre, Fransa, ABŞ

Əsas mövzular