13:37 23 Oktyabr 2017
Canlı yayım
Lukoil

Rumıniya prokuroru "Lukoil"un törəmə şirkətinin əmlakına həbs qoyub

u-f.ru
XƏBƏRLƏR
Qısa URL
1020

"Lukoil" isə söhbətin törəmə şirkətin əmlakından deyil, "Lukoil Europe Holdings Bvatrium Holland"ın Britaniya-Hollandiya birgə hesabından getdiyini bildirib.

BAKI, 9 iyul — Sputnik. Rumıniya prokurorluğu "Lukoyl"un törəmə şirkətinin əmlakına həbs qoyub. Sputnik Rumıniyanın Mediafax agentliyinə istinadən xəbər verir ki, Ploeşti şəhər prokuroru «Lukoil Europe Holdings Bvatrium Olanda» şirkətinin əmlakına onun fəaliyyəti ilə bağlı aparılan araşdırmalar nəticəsində həbs qoyub. 

"Lukoil"un bu ölkədə 2,4 mln ton neft emal etmək gücündə olan zavodu və 300-ə qədər yanacaqdoldurma stansiyasını birləşdirən şəbəkəsi var.

Məlumatda bildirilir ki, törəmə şirkətdə aparılan araşdırmalar nəticəsində SC Petrotel Lukoil SA Ploieєti-nin beş əməkdaşı, həmçinin iki Rusiya vətəndaşı 2 milyard ziyan vurmaq ittihamıyla istintaqa cəlb ediliblər. 

Daha əvvəl verilən məlumata görə, Rumıniya prezidenti Brayan Besesku bəyan edib ki, Lukoylun Ploeşidəki neftayırma zavodu milliləşdirilməlidir. Onun fikrincə, milliləşdirmə Rusiya şirkəti neft emalı zavodunda istehsalı bərpa etməyəcəyi təqdirdə baş verə bilər. Daha sonra məlum olub ki, neftayırma zavodu fəaliyyətini davam etdirəcək.

"Lukoil" özü isə Ploeşti məhkəməsinin qərarı ilə bağlı iyulun 9-da yayılan məlumatları təkzib edib. 

RİA Novosti-nin məlumatına görə, söhbət Ploeştidəki "Petrotel Lukoil" neft emalı zavodunun tabe olduğu "Lukoil Europe Holdings Bvatrium Holland"ın Britaniya-Hollandiya birgə hesabına qoyulan həbsdən gedir. 

Məlumatda o da bildirilir ki, həbsin səbəbi şirkətin pul vəsaitlərinin yuyulmasında iştirakı və vergilərdən yayınması ilə bağlı şübhələrdir.

2014-cü ildə "Petrotel Lukoil" neft emalı zavodunda araşdırma aparılıb və mühasibat sənədləri ələ keçirilib. Zavod bir müddət istehsalı və kommersiya fəaliyyətini dayandırıb. Prosesə Rumıniyanın baş naziri müdaxilə edib. Zavodun 3,5 min əməkdaşının işsiz qalması səbəbindən zavod fəaliyyətini bərpa edib.

Rumıniya tərəfi çirkli pulların yuyulması və vergidən yayınmadan dəyən zərəri 230 milyon avro dəyərində qiymətləndirib. 

 

Əsas mövzular