02:19 18 Oktyabr 2017
Canlı yayım
ABŞ - Rusiya

ABŞ Rusiyaya qarşı Avropanı gücləndirmək istəyir

suverenman.com
XƏBƏRLƏR
Qısa URL
1211

ABŞ-ın Hərbi Hava Qüvvələri naziri Debora Li Ceyms Rusiyanı ölkəsinin milli təhlükəsizliyinə böyük təhlükə hesab edir.

BAKI, 9 iyul —Sputnik. Rusiya ABŞ-ın milli təhlükəsizliyi üçün ən böyük təhdiddir. Buna görə də, Vaşinqton Avropa ölkələrindəki hərbi mövcudluğunu qorumalı və gücləndirməlidir.

Sputnik xəbər verir ki, bunu ABŞ-ın Hərbi Hava Qüvvələri naziri Debora Li Ceyms deyib.

Li Ceyms tvitter hesabında bu fikrini genişləndirərək yazıb ki, “Biz Avropada “F-16” qırıcılarını yerləşdirilməyə davam edəcəyik. Rusiyanın əməlləri qarşısında qətiyyətsizlik göstərməyə vaxtımız yoxdur.” 

Li Ceyms 28 NATO üzvündən yalnız dördünün müdafiə sektoruna öz Ümumi Daxili Məhsulunun 2 faizini ayırmasına təəssüflənərək “Biz bu rəqəmi havadan götürməmişik. Bütün alyans üzvləri buna razılıq verib.” — deyə bildirib.

Əsas mövzular