02:10 18 Oktyabr 2017
Canlı yayım
Əhali

Azərbaycan əhalisinin sayı 9 mln. 636,3 min nəfərə çatıb

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
4610

Uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömür boyu orta hesabla 2,2 doğulmuş uşaq düşür və bu da ölkə üzrə əhalinin təkrar istehsalını təmin edir.

BAKI, 9 iyul —Sputnik. Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 43,3 nəfər və ya 0,5% artaraq, bu il iyun ayının 1-i vəziyyətinə 9 mln. 636,3 min nəfərə çatıb.

Sputnik Dövlət Statistika Komitəsindən verilən məlumata istinadən bildirir ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfərdir. Əhalinin ümumi sayının 53,1%-ni şəhər, 46,9%-ni isə kənd sakinləri təşkil edir, 49,8%-i kişilərdən, 50,2%-i qadınlardan ibarətdir. Əhalinin 22,4%-i 0-14 yaşda, 71,6%-i 15-64 yaşda, 6,0%-i isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1 000 nəfər kişiyə 1 009 nəfər qadın düşür.

Bu ilin ilk 5 ayı ərzində ölkədə 66,4 min, yaxud hər gün orta hesabla 440 körpə doğulub, əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstərici 16,9 olub. Doğulan körpələrin 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarıdır. Körpələrin 1156-sı əkiz, 33-ü isə üçəm doğulub. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir.

Uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömür boyu orta hesabla 2,2 doğulmuş uşaq düşür və bu da ölkə üzrə əhalinin təkrar istehsalını təmin edir.

İlin əvvəlindən ölkədə 23,8 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı 6,3-dən 6-ya qədər azalıb.

Bu ilin yanvar-may ayları ərzində rəsmi orqanlar tərəfindən 32,6 min nikah və 5,3 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 7,9-dan 8,3-ə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,3) qalıb.

Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən cari ilin 5 ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 1 034 nəfər gələn və 355 nəfər ölkədən gedən qeydə alınıb.

Əsas mövzular