00:10 24 Sentyabr 2017
Canlı yayım
Cim Kerri

Cim Kerri vaksinlər əleyhinə kampaniyada pərt olub

tumblr.com
XƏBƏRLƏR
Qısa URL
4821

Məşhur Hollivud ulduzu vaksinlər əleyhinə tvitter-kampaniyasında autist uşağın şəklini icazəsiz paylaşdığı üçün üzr istəyib

BAKI, 4 iyul —Sputnik. Hollivud ulduzu, tamaşaçılar arasında "Maska" kinokomediyası ilə məşhurlaşan Cim Kerri razılıq almadan autizimdən əziyyət çəkən uşağın şəklini paylaşdığına görə üzr istəyib.

Sputnik xəbər verir ki, bu barədə məlumatı The Hollywood Reporter yayıb.

Kerri özünün autizmə səbəb ola biləcək vaksinlər əleyhinə tvitter-kampaniyasında həmin şəkildən istifadə edib.

Uşağın anası şəkli pozmağı xahiş edib. Şəkli pozmağı həmçinin xahiş edən uşağın xalası bildirib ki, onun bacısı oğluna autizm diaqnozu vaksin vurulmamışdan əvvəl qoyulub. 

Aktyor şəkli pozub və üzr istəyib. "Mən həmin ailə və digər insanlar qarşısında uşağın şəklini icazəsiz paylaşdığıma görə üzr istəyirəm. Mən onları incitmək istəmirdim" — Kerri özünün Tvitter hesabında yazıb. 

Kerri vaksinlər əleyhinə çıxış edən yeganə məşhur deyil. Bu sırada Cenni Makkarti, Donald Tramp, Çarli Şin kimi məşhurlar da var. 

Əsas mövzular