00:05 24 Sentyabr 2017
Canlı yayım
US President Barack Obama and Russian President Vladimir Putin prepare to shake hands after their meeting during the G8 Summit at Lough Erne in Enniskillen, Northern Ireland, June 17, 2013

Vladimir Putin Barak Obamaya teleqram vurub

© Sputnik / Sergei Guneev
XƏBƏRLƏR
Qısa URL
40921

Prezident Putin: Aramızdakı fikir ayrılıqlarına baxmayaraq, Rusiya-Amerika münasibətləri dünyada təhlükəsizliyin və sabitliyin təmin olunmasında vacib faktordur.

BAKI, 4 iyul —Sputnik. Rusiyanın prezidenti Vladimir Putin ABŞ prezidenti Barak Obamaya təbrik teleqramı göndərib. 

Sputnik Kremlin mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, Rusiya prezidenti Barak Obamanı ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik edib. Sonra prezident Putin fikir ayrılıqlarına baxmayaraq, stabilliyin bərpasının vacib amil olduğunu vurğulayıb. 

"Təbrik teleqramında Rusiyanın dpvlət başçısı qeyd edib ki, Rusiya-Amerika münasibətləri, iki ölkə arasındakı fikir ayrılıqlarına baxmayaraq, dünyada təhlükəsizliyin və sabitliyin təmin olunmasında vacib faktordur." — Kremlin mətbuat xidmətinin məlumatında deyilir.

Əsas mövzular