00:28 26 Sentyabr 2017
Canlı yayım
Пресс-конференция главы грузинского МВД Ираклия Гарибашвили

Gürcüstanın baş naziri futbol yarışındakı təxribatdan danışıb

© Sputnik / Александр Имедашвили
XƏBƏRLƏR
Qısa URL
1701

İrakli Qaribaşvili: Kimlərinsə bu cür təxribatçı hərəkətlərlə Azərbaycanla dost münasibətlərimizə kölgə salmasına dövlət imkan verməyəcək.

BAKI, 4 iyul —Sputnik. Gürcüstanın baş naziri İrakli Qaribaşvili futbol üzrə Avropa Liqası çərçivəsində keçirilən "Dinamo"(Tbilisi) — "Qəbələ"(Azərbaycan) matçından sonra baş verən hadisə ilə bağlı xüsusi bəyanatla çıxış edib.

Sputnik xəbər verir ki, Qaribaşvilinin bəyanatı barədə məlumatı Vzqlyad qəzeti yayıb. "Futbol matçı Tbilisi və Bakı arasındakı əlaqələri zədələdi" sərlövhəli yazıda bldirilir ki, gürcü baş nazir Daxili İşlər Nazirliyinə insidenti araşdırmaq barədə tapşırıq verdiyini deyib.

İrakli Qaribaşvili bəyan edib ki, Azərbaycan dövləti və xalqı ilə strateji münasibətlər onun üçün çox vacibdir. “Gürcüstan hökumətinin rəhbəri kimi qəti şəkildə bildirirəm ki, kimlərinsə bu cür təxribatçı hərəkətlərlə Azərbaycanla dost münasibətlərimizə kölgə salmasına dövlət imkan verməyəcək.” — Qaribaşvilinin bəyanatında bildirilir. 

Qaribaşvili DİN-dən qanunun bütün ciddiyyəti ilə fəaliyyət göstərməyi tələb edib.

Avropa Liqası çərçivəsində iyunun 2-də "Dinamo" (Tbilisi) və “Qəbələ” komandaları arasında keçirilən oyundan sonra bir qrup yerli fanat Azərbaycan bayrağını təhqir edib. Bundan başqa, oyun zamanı onlar stadiondan Azərbaycan ərazisinin bir hissəsini (Qax, Zaqatala) Gürcüstan ərazisi kimi göstərən banner asıblar. Daha sonra polisin müdaxiləsi ilə banner yığışdırılıb.

Əsas mövzular