00:07 24 Sentyabr 2017
Canlı yayım
İŞİD-terror

İŞİD Palmiradan götürdüyü qiymətli əşyaları satır

today
XƏBƏRLƏR
Qısa URL
19 0 0

Maamun Əbdül Kərim: Silahlılar sata bilmədikləri büstləri və heykəlləri vəhşicəsinə məhv edirlər.

BAKI, 4 iyul — Sputnik. İŞİD terror qruplaşmasının silahlıları Suriyada oğurladıqları qiymətli əşyaları ölkənin şimalında təşkil olunan hərraclarda satırlar.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bu iddiayla Suriyanın qədimi obyektlər və muzeylər departamentinin direktoru Maamun Əbdül Kərim çıxış edib. 

“İŞİD silahlılarına məxsus akkauntlarda Palmiranın sərdabələrindən oğurlanmış 80-dək qədim kişi və qadın büstlərinin şəkilləri dərc olunub. Bu büstlər ölkənin şimalındakı Manbic şəhərində açıq hərraca çıxarılır və  kolleksiyaçılar tərəfindən çox baha qiymətə əldə olunur. Silahlılar sata bilmədikləri büstləri və heykəlləri vəhşicəsinə məhv edirlər.” — deyə Əbdül Kərim bildirib.    

UNESCO —nun Mədəni İrs Siyahısına daxil edilən Palmira şəhəri qədim dünyanın ən mühüm mədəniyyət mərkəzlərindən biridir. Şəhər mayın ortalarında İŞİD silahlılarının nəzarətinə keçib. 


Əsas mövzular