00:26 26 Sentyabr 2017
Canlı yayım
Kapital bank

"Kapital Bank"-a basqın olub

Новости-Азербайджан
XƏBƏRLƏR
Qısa URL
6001

Basqını törədənlərdən birinin "Kapital Bank" ASC-nin Abşeron filialında inkasator vəzifəsində çalışdığı bildirilir.

BAKI, 4 iyul — Sputnik. "Kapital Bank" ASC-nin Abşeron filialına silahlı basqın olub. 

Sputnik APA-nın məlumatına istinadən xəbər verir ki, bir neçə silahlı şəxs qarət məqsədilə banka daxil olaraq mühafizəçiyə bıçaqla xəsarət yetirib, daha sonra tapança ilə atəş açıb. Bıçaq və güllə yarası almış mühafizəçi Əsədov  Vüqar Vahid oğlu Daxili İşlər Nazirliyinin Xəstəxanasına yerləşdirilib.  

Məlumata görə, şübhəli şəxslər məqsədinə çatmayıb və xəzinədən heç nə götürməyərək ərazindən uzaqlaşıblar. 

Məlumata görə, cinayəti törədən şəxslərdən biri qaçarkən saxlanılıb. Adı hələlik açıqlanmayan saxlanılan şəxsin  "Kapital Bank" ASC-nin Abşeron filialında inkasator vəzifəsində çalışdığı bildirilir. 

Silahlı basqında bir neçə nəfərin iştirak etdiyi bildirilir.  

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları istintaq tədbirləri həyata keçirir. 

Əsas mövzular