04:41 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Рианна

Rihanna dünyanın ən çox sinql satan müğənnisi olub

XƏBƏRLƏR
Qısa URL
6312

100 milyon sinql satan Rihanna Teylor Sfifti və Keti Perrini belə qabaqlayıb.

BAKI, 3 iyul —Sputnik. Amerikalı müğənni Rihanna mahnılarının satışına görə rekord vurub. O, dünyada 100 milyon sinql satan ilk ifaçı olub.

Sputnik Amerikanın səsyazma şirkəti assosiasiyasının rəsmi saytı RIAA-ya istinadən bildirir ki, Rihanna bu göstəriciyə görə, 88 milyon mahnısını satan Teylor Sfifti və 79 milyon mahnısını satan Keti Perri də qabaqlayıb.Bu məlumatı RIAA-nın prezidenti Keri Şerman açıqlayıb. 

Hal-hazırda Rihanna 37 sinqlı ilə RIAA-nın qızıl və platin statusunu alıb. Onun sinqlları arasında şotland prodüsser Kelvin Harrisin iştirakı ilə yazılmış We Found Love, 10 milyon tirajdan artıq satılıb. 

Sinqlların həcminə görə Rihanna Amerikanın Billboard çartına rəhbərlik edənlər arasında Maykl Ceksonla birlikdə üçüncü yeri tutur. Öz karyerası ərzində müğənni 7 milyondan artıq albom satıb və 300 mükafat alıb ki, onların da arasında 7 "Qremmi" var. 

Əsas mövzular