BAKI, 2 iyul — Sputnik. Rusiyanın woman.ru saytı Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan yazıb.
Sputnik həmin materialı təqdim edir:
“51 yaşlı Mehriban Əliyevanı, şübhəsiz, dünyanın ən gözəl və dəblə geyinən birinci xanımlarından adlandırmaq olar. Doğma vətənində və onun hüdudlarından kənarda prezidentin xanımını stil ikonu hesab edirlər. Hətta bəzən xarici nümayəndə heyətlərinin üzvləri, jurnalistlər onu qızları ilə səhv salırlar.
Azərbaycan prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva çox nadir hallarda dəb jurnallarının səhifəsindən düşür. Stil ikonu olan bu xanımın üzərində, görünür, vaxt öz hökmünü verə bilmir. Mehriban Əliyevaya baxdıqda onun iki yetkin qızının, 18 yaşlı oğlunun və hətta nəvələrinin olduğuna inanmaq çətindir.
Mehriban Əliyeva ölkəsi üçün çox işlər görür, həyat yoldaşını bütün səfərlərdə, rəsmi görüşlərdə müşayiət edir.
O hətta bir neçə gün əvvəl başa çatan “Bakı-2015” İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri olub. Azərbaycanın birinci xanımı tərəfindən toplanmış şəkillər, art-obyektlər paytaxtda yerləşən Müasir İncəsənət Muzeyində yığılıb”.