BAKI, 30 iyun —Sputnik. Ehtiyac yaransa, İranın nüvə problemi üzrə yekun saziş BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənməlidir.
Bu bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.
Sputnik RİA Novosto-yə istinadla bildirir ki, Lavrov "əgər İran üzrə saziş BMT TŞ-nin qətnaməsini tələb etsə, o, qəbul olunmalıdır” — deyə vurğulayıb.
ABŞ dövlət katibi Con Kerri Lavrovun bu fikrinə etiraz etməyib: “Siz eşitdiniz ki, o, “belə qətnamə tələb olunsa” dedi“.