08:44 24 İyul 2017
Canlı yayım
Elman Tağıyev - axtarışda olan biznesmen

Dələduzluq yolu ilə milyonları oğurlamış iş adamı axtarışa verilib

bakupolice.gov.az
XƏBƏRLƏR
Qısa URL
11711

Elman Tağıyev 210 mənzili 543 nəfərə təkrar sataraq, ümumilikdə vətəndaşlara 10 milyon manatdan çox ziyan vurub.

BAKI, 29 iyun —Sputnik. Azərbaycanda “Birlik-İnşaat” MMC və “Hayan-E” MMC-nin rəhbəri olmuş Elman Tağıyev barəsində axtarış elan edilib.

Sputnik Bakı şəhər Baş Polis İdarəsinin saytında yer alan məlumata istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü Tağıyev Elman Həsənqulu oğlu Cinayət Məcəlləsinin dələduzluq (Cinayət Məcəlləsinin 178-ci maddəsi), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə (Cinayət Məcəlləsinin 308-ci maddəsi), Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq dəyişmə (Cinayət Məcəlləsinin 319-cu maddəsi) və vergidən yayınmaqda (Cinayət Məcəlləsinin 213-cü maddəsi) təqsirləndirilir.

Elman Tağıyev 210 mənzili 543 nəfərə təkrar sataraq, ümumilikdə vətəndaşlara 10 milyon manatdan çox ziyan vurub. Tağıyev və onun ətrafındakı şəxslərin qanunsuz hərəkətləri ilə bağlı başlanmış cinayət işinə 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Lakin Tağıyev ölkədən qaçmağa nail olduğu üçün, məhkəmənin onunla bağlı çıxardığı qərar indiyədək icra olunmayıb.

Əsas mövzular