10:04 26 Aprel 2017
Canlı yayım
AŞPA məruzəçisi Aqustin Konde

AŞPA Azərbaycana yeni məruzəçi təyin edib

huffpost.com
XƏBƏRLƏR
Qısa URL
1101

İspaniyalı Aqramuntu elə ispan həmkarı və partiyadaşı Aqustin Konde əvəz edəcək.

BAKI, 25 iyun — Sputnik. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin toplantısı keçirilib.

Sputnik APA-ya istinadən xəbər verir ki, komitənin iclasında Azərbaycanın vəzifə və öhdəliklərinin yerinə yetirilməsi üzrə yeni həmməruzəçi seçilib. İspaniyalı parlamentar Aqustin Konde bu vəzifədə digər ispaniyalı həmkarı Pedro Aqramuntu əvəzləyəcək və 5 il müddətinə həmməruzəçi səlahiyyətlərini icra edəcək.  

Aqustin Konde də Pedro Aqramunt kimi AŞPA-da Avropa Xalq Partiyası qrupunu təmsil edir və bu vəzifəyə AXP-nin iclasında qrup tərəfindən vahid namizəd kimi irəli sürülüb.

Əsas mövzular