16:10 22 Yanvar 2017
Canlı yayım
İrəvanda mitinq

Ermənistanda "rəngli inqilab" gözlənilir

Newsarmenia
XƏBƏRLƏR
Qısa URL
Elektrik üsyanı (17)
44 0 0

Rusiya Federasiya Şurasının Beynəlxalq münasibətlər Komitəsinin sədri: Bütün “rəngli inqilablar” bu cür ssenari ilə inkişaf edib və Ermənistan da bundan sığortalanmayıb.

BAKI, 24 iyun — Sputnik. Ermənistanda baş verən hadisələrdə “rəngli inqilab”ın əlamətləri var.

Sputnik APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq münasibətlər Komitəsinin sədri Konstantin Kosaçov deyib.

“Hələ ki, vəziyyət sosial-iqtisadi durumundan şikayətçi olan insanların münaqişəsi kimi inkişaf edir. Lakin burada aldanmaq olmaz. Bütün “rəngli inqilablar” bu cür ssenari ilə inkişaf edib. Ermənistan da bundan sığortalanmayıb.”- deyə Kosaçov bildirib.

Rusiyalı deputat Ermənistanda ölkənin qərbyönümlü inkişaf yolunu seçməsi üçün ictimai fikirə təsir edən yüzlərlə xarici kommersiya təşkilatının fəaliyyət göstərdiyini də söyləyib: “Qərblə Şərq arasında seçim qarşısında qoymaq artıq Ukraynada münaqişəyə, ictimai fikir ayrılığına gətirib çıxarıb. Bu tamamilə süni seçimdir, ədalətsiz siyasi oyundur”.

Kosaçov Rusiya Federasiya Şurasının Ermənistanda baş verən hadisələri diqqətlə izlədiyini qeyd edib: “Rusiya parlamentinin yuxarı palatasında Ermənistandakı aksiyaların arxasında xarici qeyri-hökumət təşkilatlarının dayana biləcəyini istisna etmirlər. İstisna etmirəm ki, nəticədə bu hadisələrin arxasında xarici qeyri-hökumət təşkilatlarının dayandığı ortaya çıxacaq”.

Mövzu:
Elektrik üsyanı (17)

Əsas mövzular

  • Küləkli hava

    Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında yağıntılı olacağı gözlənilir

    26
  • Səyyar balıq satıcıları

    Balıqsatan: "Bəzən deyirlər xaricdən dollarla almırsınız ki, niyə baha satırsınız. Daha demirlər ki, hər şeyin qiyməti qalxıb, bu əziyyətlə qazandığımız pulla marketdən heç nə ala bilmirik"

    66
  • Beyləqan rayonunun Kəbirli kəndi yaxınlığındakı Örənqala ərazisi

    Ayağımız altında, öz dövründə Londondan da möhtəşəm olan bir şəhər yatır

    2494