16:09 22 Yanvar 2017
Canlı yayım
XƏBƏRLƏR

Türkiyə parlamentində andiçmə mərasimi başlayıb

XƏBƏRLƏR
Qısa URL
2 0 0

İlk and içən millət vəkili CHP-nin sabiq lideri Dəniz Baykal olub.

BAKI, 23 iyun — Sputnik. 25-ci çağırış Türkiyə Böyük Millət Məclisi (TBMM) bu gün açılıb. Türk millət vəkilləri and içməyə başlayıblar. İlk and içən millət vəkili CHP-nin sabiq lideri Dəniz Baykal olub. Baykal TBMM-nin müvəqqəti sədri seçilib. "Müvəqqəti sədriniz kimi ilk andı mən içirəm" — deyə Baykal Məclisin açılış mərasimində bildirib. Onun bu sözü millət vəkilləri arasında gülüşməyə səbəb olub.

Andiçmə mərasimini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da izləyib. O, Ankara millət vəkillərinin andiçməsindən əvvəl elan edilən Atatürkü anmaq üçün 1 dəqiqəlik sükutdan sonra zalı tərk edib. 

Türk millət vəkilləri vilayətlərin əlifba sırası ilə and içməyə başlayıblar. Bu mərasimin azı 10 saat davam edəcəyi bildirilir.       

TBMM-nin sədrinin seçkisi üçün ilk iki tur iyunun 30-da olacaq. Əgər ilk iki turda sədr seçilməzsə, növbəti 3 və 4-cü turlar 1 iyulda olacaq.  

Əsas mövzular

  • Küləkli hava

    Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında yağıntılı olacağı gözlənilir

    26
  • Səyyar balıq satıcıları

    Balıqsatan: "Bəzən deyirlər xaricdən dollarla almırsınız ki, niyə baha satırsınız. Daha demirlər ki, hər şeyin qiyməti qalxıb, bu əziyyətlə qazandığımız pulla marketdən heç nə ala bilmirik"

    66
  • Beyləqan rayonunun Kəbirli kəndi yaxınlığındakı Örənqala ərazisi

    Ayağımız altında, öz dövründə Londondan da möhtəşəm olan bir şəhər yatır

    2490