20:12 15 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
ABŞ, Çarlzton hadisələri

Qəzəbli afroamerikalı CNN-in canlı yayımını pozub

tsn.ua
XƏBƏRLƏR
Qısa URL
1801

Afroamerikalı qadın Çarlztonda baş verən hadisə ilə bağlı CNN-in canlı yayımına mane olub.

BAKI, 19 iyun – Sputnik. Afroamerikalı qadın Çarlztonda baş verən hadisə ilə bağlı CNN-in canlı yayımına mane olub.

Çərşənbə günü Cənubu Karolina ştatının Çarlzton şəhərində kilsədə baş verən atışmada 9 nəfər qaradərili öldürülüb. İstintaqın gedişində 21 yaşlı ağdərili Dilan Ruf tutulub. ABŞ Ədliyyə Nazirliyi nifrət zəminində kütləvi qətl faktı üzrə cinayət işi başlayıb. 

CNN telekanalı bu hadisə barədə canlı yayım təşkil etmək istəyib. 

Reportaj zamanı CNN-in müxbiri bildirib ki, şəhərdə insanlar hadisəni müzakirə edirlər və bir çox sakinlər qəzəblidirlər. Sonra reportaja başqa müxbir qoşulub, ancaq arxa kadrda afroamerikalı qadın görünüb və aparıcıya qəzəblə sual verməyə başlayıb. Qadının getdikcə daha da qəzəbləndiyini görən aparıcı Çarlztondan canlı yayımı dayandırıb.

Əsas mövzular