04:37 25 İyul 2017
Canlı yayım
XƏBƏRLƏR

Saxta diplomla 21 il müəllimlik etdi...

XƏBƏRLƏR
Qısa URL
2701

Almaniyada məktəb şagirdlərinin məhkəməyə verdikləri şikayət ərizəsi uzun illər gizli qalan maraqlı faktı üzə çıxarıb.

BAKI, 19 iyun – Sputnik. Almaniyada məktəb şagirdlərinin məhkəməyə verdikləri şikayət ərizəsi uzun illər gizli qalan maraqlı faktı üzə çıxarıb. 

Şagirdlər alman dili dərsinin olduqca zəif keçdiyini, üstəlik müəllimin qeyri-peşəkar olduğunu məhkəməyə bildiriblər. 

Bir neçə günlük araşdırmadan sonra məktəblilərin şikayətlərində nə dərəcədə haqlı olduğu üzə çıxıb. 

Belə ki Almaniyanın Mölln şəhərində 1991-ci ildən müəllimlik edən 50 yaşlı Maut M.-in ali təhsil almadığı və 21 il saxta diplomla işlədiyi aşkara çıxıb. 

Məhkəmə qadının indiyədək qazandığı pulları aylıq kredit formasında dövlətə geri qaytarmasına qərar verib. 

Əsas mövzular