BAKI, 10 iyun — Sputnik. Cari ilin birinci rübündə xaricdən Gürcüstan iqtisadiyyatına 444 milyon ABŞ dolları həcmində investisiya qoyulub.
Sputnik Azərtac-a istinadən xəbər verir ki, xarici investorlar sırasında Azərbaycan birinci yerdədir.
Bu dövrdə Gürcüstan iqtisadiyyatına yönəldilən investisiyaların 34 faizi Azərbaycana məxsusdur.
Gürcüstan iqtisadiyyatına sərmayə yatıran xarici ölkələrin sırasında Türkiyə 15 faizlə ikinci, Rusiya isə 13 faizlə üçüncü yerdədir.