15:09 24 Yanvar 2018
Canlı yayım
XƏBƏRLƏR

Rusiyada iki azərbaycanlı biznesmen ölüb

XƏBƏRLƏR
Qısa URL
1001

Rusiyanın Amur vilayətində iki azərbaycanlı iş adamı ölüb.

BAKı, 10 iyun — Sputnik. Rusiyanın Amur vilayətində iki azərbaycanlı iş adamı ölüb. 

Sputnik xəbər verir ki, Amur vilayəti azərbaycanlıları Konqresinin sədri Məhəmməd Əsgərov APA-ya açıqlamasında ötən həftə əslən Azərbaycanın Bərdə və Balakən rayonlarından olan Hacı Balayev və Ələddin Qoraçayevin dünyasını dəyişdiyini bildirib.

Onun sözlərinə görə, H. Balayevin meyiti idarə etdiyi avtomobilin qəzaya uğradığı yerdə aşkar olunub. Ə. Qoraçayevin meyiti isə yaşadığı evdə tapılıb.

Hər iki faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma başlayıb, azərbaycanlıların meyitləri isə vətənə göndərilib.

Əsas mövzular