14:53 24 İyul 2017
Canlı yayım
biometrik bankomat

Azərbaycanda biometrik bankomatlar quraşdırılacaq

banker.az
XƏBƏRLƏR
Qısa URL
2401

Azərbaycan bankları yaxın gələcəkdə biometrik bankomatların istismarına başlaya biləcək.

BAKI, 3 iyun — Sputnik. Azərbaycan bankları yaxın gələcəkdə biometrik bankomatların istismarına başlaya biləcək. Sputnik xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın informasiya texnologiyaları bazarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, belə nikbin proqnoza Azərbaycanın bank texnologiyaları bazarının və bank sahəsinin tendensiya inkişaf dinamikası səbəb olub: “Hər şey bankların bu texnoloji yeniliyin tətbiqinə nə dərəcədə hazır olmasından asılıdır. Belə ki, istənilən yenilik maliyyə tələb edir”.

Biometrik bankomatlar maliyyə cinayətləri ilə mübarizə və bank hesablarına qeyri-qanuni daxil olmaq cəhdlərinin qarşısını almağa imkan yaradır.

Əsas mövzular