16:13 22 Yanvar 2017
Canlı yayım
Məşəl Qubada

Məşəl Qubada

© AZƏRTAC
XƏBƏRLƏR
Qısa URL
44 0 0

İyunun 1-i qubalıların yaddaşında birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi və Alov festivalı ilə yadda qalacaq.

BAKI, 1 iyun — Sputnik. İyunun 1-i qubalıların yaddaşında birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi və Alov festivalı ilə yadda qalacaq.

Məşəl Quba şəhərində Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının qarşısında qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyəti tərəfindən qarşılandı.

Məşəli güləş üzrə veteranlar arasında dünya çempionu Musa Mirzəyev qəbul etdi. Bundan sonra 14 nəfər məşəlçinin yürüşünə start verildi. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca dörd kilometr məsafəni qət edərək Quba Meydanına gəldilər. Burada quraşdırılan səhnəyə qalxan kik-boksinq üzrə əməkdar məşqçi Telman Məhərrəmov məşəli alovlandırdı. 

Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.

Mərasim iştirakçıları birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı izlədilər.

Bununla da Quba birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 55-ci yaşayış məntəqəsi oldu.

Günün sonunda Qubada Alov festivalı keçirildi. Festivalın sonunda atəşfəşanlıq oldu.

Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəlinin növbəti qarşılanma mərasimi iyunun 3-də Xaçmaz rayonunda olacaq.

Əlaqədar

Bakı-2015 I Avropa Oyunlarının məşəli Sumqayıta gedib
Ağstafa ilk Avropa Oyunlarının məşəl estafetini qəbul edib

Əsas mövzular

  • Küləkli hava

    Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında yağıntılı olacağı gözlənilir

    26
  • Səyyar balıq satıcıları

    Balıqsatan: "Bəzən deyirlər xaricdən dollarla almırsınız ki, niyə baha satırsınız. Daha demirlər ki, hər şeyin qiyməti qalxıb, bu əziyyətlə qazandığımız pulla marketdən heç nə ala bilmirik"

    67
  • Beyləqan rayonunun Kəbirli kəndi yaxınlığındakı Örənqala ərazisi

    Ayağımız altında, öz dövründə Londondan da möhtəşəm olan bir şəhər yatır

    2494