10:03 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
601

Səfər çərçivəsində Həsənovun Qırğızıstanın Müdafiə Nazirliyində görüşləri, bir sıra hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.

BAKI, 01 iyun — Sputnik. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstana rəsmi səfərə gedib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, səfər Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyevin dəvəti əsasında baş tutub. 

Səfər çərçivəsində Həsənovun Qırğızıstanın Müdafiə Nazirliyində görüşləri, bir sıra hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.

Qırğızıstanda aparılacaq danışıqlar zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti, onların perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Səfər iyunun 2-dək davam edəcək.


Teqlər:
Rəsmi səfər, Müdafiə Nazirliyi, Zakir Həsənov, Qırğızıstan

Əsas mövzular