22:13 12 Dekabr 2017
Canlı yayım
Qatar

İlk ikimərtəbəli sərnişin qatarı Bakıya gətirilib

azertag.az
XƏBƏRLƏR
Qısa URL
1901

“Azərbaycan Dəmir Yolları” QSC-nin İsveçrənin “Stadler Rail Group” şirkətindən aldığı “KİSS” markalı beş ikimərtəbəli elektrik qatarından biri bu gecə Bakıya gətirilib.

BAKI, 21 may — Sputnik. “Azərbaycan Dəmir Yolları” QSC-nin İsveçrənin “Stadler Rail Group” şirkətindən aldığı “KİSS” markalı beş ikimərtəbəli elektrik qatarından biri ötən gecə Bakıya gətirilib. 

Sputnik-ə bu barədə məlumat “Azərbaycan Dəmir Yolları” QSC-dən daxil olub. Məlumatda bildirilir ki, yeni qatar nəzərdə tutulduğundan 2 gün tez gəlib və hazırda Bakı Dəmir Yolu Vağzalındadır.

Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturacaqların sayı isə 396-dır. Bunun 84-ü biznes sinfinə aiddir. 

Digər 4 qatardan biri iyunda, qalan 3-ü isə gələn ilin yanvar ayına qədər Azərbaycana gətiriləcək. 

13 may 2015-ci ildə Bakıda keçirilən "2015 TransCaspian" Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində “Stadler Rail Group” şirkətindən KİSS markalı 5 ikimərtəbəli elektrik qatarınin alınması üzrə saziş imzalanmışdı.

Teqlər:
Bakı

Əsas mövzular