19:26 23 İyun 2017
Canlı yayım
Avropa məşəli

Bakı-2015 I Avropa Oyunlarının məşəli Sumqayıta gedib

apa.az
XƏBƏRLƏR
Qısa URL
2001

Məşəli beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova alovlandırıb

BAKI, 31 may — Sputnik. Sputnik Apasport.az saytına istinadən xəbər verir ki,  ilk Avropa Oyunlarının məşəli Sumqayıtda coşğunluqla qarşılanıb.

Minlərlə Sumqayıt sakini şəhərin mərkəzində Heydər Əliyevin abidəsi önündə Oyunların bayramsayağı bəzədilən rəmzi qapısında məşəlin qarşılanması mərasimini izləyib.

Məşəli sumqayıtlı gənc fəal Elvin Dadaşov qəbul edib. Sonra 10 nəfər məşəli növbə ilə bir-birinə ötürərək yolboyu düzülən sumqayıtlıların alqışları altında Heydər Əliyev prospekti, Sülh, Səməd Vurğun küçələri, Azadlıq prospektindən keçməklə Bayraq Meydanına gəliblər.

Azərbaycanın şahmat üzrə qadınlardan ibarət milli komandasının kapitanı, beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova burada quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb. Sonra I Avropa Oyunlarının çırağı yandırılıb və yarışlar başa çatanadək saxlanılmaq üçün şəhərə təhvil verilib.

Burada həmçinin Birinci Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Sumqayıt səfərini başa vuran Bakı-2015 I Avropa Oyunlarının məşəli Xızı rayonuna yola salınıb.


Teqlər:
BAKI 2015

Əsas mövzular