16:15 15 Dekabr 2017
Canlı yayım
Boru

ABŞ Gürcüstanın enerji sektoruna 640 milyon dollar investisiya qoyacaq

azertag.az
XƏBƏRLƏR
Qısa URL
401

Bu il 300 milyon dollar Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə sərf ediləcək.

BAKI, 31 may —Sputnik. 2015-ci ildə ABŞ Gürcüstanın enerji sektoruna təxminən 640 milyon dollar investisiya qoyacaq. 

Sputnik-in məlumatına görə, bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze “Rustavi-2” televiziyasına müsahibəsində bildirib.

Kaladze deyib ki, Gürcüstanın Energetika Nazirliyi bu il nəzərdə tutulan investisiyalardan 300 milyon ABŞ dollarını Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə sərf etməyi planlaşdırıb.

Gürcüstanlı nazir Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) Xəzər dənizinin Azərbaycan sektorunun Şahdəniz yatağından başlayan və Gürcüstandan keçməklə Gürcüstan-Türkiyə sərhəddinədək qaz nəql edəcək boru kəmərinin ikinci mərhələdə genişləndiriləcəyini bildirib.

"Bu layihənin genişləndirilməsi Xəzər dənizindən Avropaya qazın ötürülməsində Cənub Dəhlizi Qaz Boru Kəməri ilə ilk əlaqə yaradacaq və bu ilk şəbəkə olacaq. Bu layihənin tikintisi 2018-ci ildə sona çatacaq." — deyə Kaladze bildirib. 

 

Teqlər:
Gürcüstan

Əsas mövzular