19:25 23 İyun 2017
Canlı yayım
Con Kerri

Con Kerri xəstəxanaya düşüb

freerepublic.com
XƏBƏRLƏR
Qısa URL
6 0 0

ABŞ-ın dövlət katibi Con Kerrinin velosiped qəzasında ayağı qırılıb

BAKI, 31 may — Sputnik. ABŞ-ın dövlət katibi Con Kerrinin velosiped qəzasında ayağı qırılıb. 

Sputnik-in məlumatına görə, bu barədə xəbəri Dövlət Departamentinin sözçüsü Con Kirbi yayıb. Kirbinin sözünə görə, Kerri velosiped gəzintisi zamanı yıxılıb və təcili surətdə Cenevrə xəstəxanasına yerləşdirilib. 

Dövlət Departamentinin sözçüsü bildirib ki, hadisə İsveçrə ilə sərhəddə yerləşən fransız departamenti — Yuxarı Savoyyada baş verib. Kerrini maşınla əməkdaşları, həkimlər və sanitarlar müşayiət edirmiş. 

“Kerrinin vəziyyəti sabitdir. Son məlumata görə, dövlət katibi ayağından zədə alıb” — deyən Kirbinin açıqlamasına görə, 71 yaşlı Kerrinin həyatına heç bir təhlükə yoxdur.  

Con Kerri bu gün kral Dördüncü Filipplə görüşmək üçün İspaniyaya getməyi planlaşdırırmış. 


Əsas mövzular