21:19 25 İyun 2017
Canlı yayım
Beau Biden

ABŞ vitse-prezidenti Co Baydenin oğlu xərçəngdən vəfat edib

malaysia-chronicle.com
XƏBƏRLƏR
Qısa URL
17 0 0

ABŞ vitse-prezidenti Co Baydenin oğlu Bo Bayden 46 yaşında beyin xərçəngindən vəfat edib.

BAKI,  31 may — Sputnik. ABŞ vitse-prezidenti Co Baydenin oğlu Bo Bayden 46 yaşında beyin xərçəngindən vəfat edib.

Sputnik xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat yer alıb. 

"Biz bilirik ki, bizə Bo Baydenin ruhu onun cəsur xanımı Helli ilə iki gözəl övladı — Natali və Hanterlə qalacaq" — Ağ Evin bəyanatında bildirilir. 

Bo Bayden may ayında müalicə olunmaq üçün Vaşinqton yaxınlığındakı Uolter Rid adına ABŞ silahlı qüvvələrinin tibb mərkəzinə yerləşdirilmişdi. Ona xərçəng diaqnozu 2013-cü ilin avqustunda qoyulmuşdu. O, indiyədək kimyəvi terapiya qəbul edirdi. 

ABŞ vitse-prezidentinin oğlu 2007-ci ildə Delaver ştatının baş prokuroru vəzifəsində çalışıb. 2008-2009-cu illərdə İraqda hərbi xidmətdə olub. Kiçik Bayden həmçinin Kosovoda da işləyib.  Son vaxtlar bir  investisiya şirkətində işləyən Bo 2016-cı ildə Delaverin qubernatoru olmaq üçün seçkilərə qatılmaq niyyətini bildirmişdi. 

ABŞ prezidenti Barak Obama və onun yoldaşı Mişel artıq Co Baydenin ailəsinə başsağlığı veriblər. "Mişel və mən bu gün çox kədərliyik. Bo Bayden bizim dostumuz idi" — Ağ Evin  Twitter mikrobloqunda bildirilir. 

Bo Bayden 2010-cu ildə insult keçirmişdi.  

 

Əsas mövzular