02:26 24 İyun 2017
Canlı yayım
Saakaşvili

Poroşenko Saakaşvilini Odessanın qubernatoru kimi təqdim edib

sputnik/Pavel Palamarçuk
XƏBƏRLƏR
Qısa URL
21 0 0

Ukrayna prezidenti təqdimat nitqində Mixali Saakaşvilini "Ukraynanın dostu" adlandırıb

BAKI, 30 may — Sputnik. Ukrayna prezidenti Petr Poroşenko Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini Odessa vilayəti administrasiyasının yeni rəhbəri kimi təqdim edib.

RİA novosti-nin xəbərinə görə, Poroşenko yeni qubernatoru təqdim edərkən deyib: "Mən Odessada və bütün vilayətdə yaxşı yollar görmək istəyirəm. Biz bunu birinci prioritetimiz hesab edirik. İstəyirəm ki, bir ildən sonra adamlar yaxşı yaşadıqlarını deyə bilsinlər. Mən Odessa vilayəti administrasiyasının yeni təyin olunmuş başçısı, Ukraynanın dostu Mixail Saakaşvilinin qarşısına bu vəzifəni qoyuram." 

Ukrayna prezidenti ötən gün Saakaşvili ilə görüşərək onu Odessa vilayətinə qubernator təyin etdiyi barədə qərarını bildirib. Saakaşvili özü isə facebookdakı səhifəsində yazıb ki, Odessanı çox sevir. O, statusuna Mark Bernesin ifa etdiyi, Odessaya aid "Şalandı polnıye kefali" mahnısının videoçarxını da əlavə edib. Ötən gün o da məlum olub ki, Saakaşvili Ukrayna vətəndaşlığını alıb. 

Ukrayna Konstitusiyasına görə, regionlara yalnız Ukrayna vətəndaşı olan şəxslər rəhbərlik edə bilər. Əlaqədar qanunvericilikdə isə qeyd olunur ki, yerli dövlət administrasiyalarına peşəkar hazırlığı, bu sahədə təhsili olan, dövlət dili və azlıqların dilləri də daxil olmaqla digər yerli dilləri bilən, bütün xidməti borclarını yerinə yetirmiş Ukrayna vətəndaşları rəhbərlik edə bilərlər. 

Əlaqədar

Mixail Saakaşvili Odessa vilayətinin qubernatoru təyin edilib
Mixail Saakaşvilinin partiyasında parçalanma

Əsas mövzular