11:48 14 Dekabr 2017
Canlı yayım
Pan Gi Mun

Pan Gi Mun İlham Əliyevə məktub göndərib

azertag.az
XƏBƏRLƏR
Qısa URL
101

BMT-nin baş katibi Pan Gi Mun Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

BAKI, 30 may — Sputnik. BMT-nin baş katibi Pan Gi Mun Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sputnik "Azərtac"a istinadən xəbər verir ki, İlham Əliyevi 28 May — Respublika Günü münasibətilə təbrik edən Pan Gi Munun məktubunda həmçinin deyilir: "Bu il BMT 70 illiyini qeyd edir. Bu, bizdə quruculuq işlərinə dair öhdəliyimizi yeniləmək, sülh, inkişaf və insan hüquqları ilə bağlı səylərimizi ikiqat artırmaq məsuliyyəti yaradır. Əminəm ki, bizim sabit inkişafla bağlı birgə səylərimiz bütün dünyanın mənafeyinə əhəmiyyətli və davamlı töhfə verəcək.

Hər bir ölkə bizim birgə səylərimizə özünməxsus töhfə verir. Mən Azərbaycanın fəal iştirakına və rəhbərliyinə arxalanmağa davam edəcəyəm. Ümumi məqsədlərdə inkişafa yalnız birgə səylərlə nail olmaq mümkündür.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".


Əsas mövzular